Bu əlamət korluğa səbəb ola bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir gözdə qəfil yaranan qaralma, bulanıqlıq və ya görmə itkisi ciddi damar tutulmasının əlaməti ola bilər. Ağrısız keçən bu hal vaxtında müdaxilə edilmədikdə qalıcı korluğa səbəb ola bilər.
Milli.Az xəbər verir ki, mütəxəssislər bir neçə dəqiqə davam edib öz-özünə keçən görmə itkilərinin belə diqqətdən kənarda qalmamalı olduğunu bildirirlər. Belə hallar yalnız göz sağlamlığı ilə deyil, həm də insult riski ilə əlaqəli ola bilər.
Türkiyəli həkim Hande Çeliker bildirib ki, gözün arxa hissəsində yerləşən və görmə prosesində mühüm rol oynayan retina (torlu qişa) normal fəaliyyət göstərmək üçün kifayət qədər qan dövranına ehtiyac duyur. Retinanı qidalandıran arteriyaların və ya qanı buradan uzaqlaşdıran venaların tutulması görmə funksiyasına ciddi zərər verə bilər.
Həkimin sözlərinə görə, göz damarlarının tutulması əksər hallarda ağrısız baş verir. Bu səbəbdən insanlar görmələrində yaranan dəyişiklikləri ilkin mərhələdə ciddi qəbul etməyə bilirlər.
Çeliker qeyd edib ki, bəzi xəstələr bir gözdə qəfil qaralma, bulanıqlıq və ya görmə sahəsinin müəyyən hissəsinin itməsi ilə qarşılaşırlar. Ağrının olmaması təhlükənin olmadığı anlamına gəlmir. Belə hallarda görmənin öz-özünə bərpa olunmasını gözləmək düzgün deyil.
Mütəxəssis xüsusilə müvəqqəti görmə itkisinə diqqət çəkib. Bildirib ki, bəzi insanlarda bir gözdə bir neçə dəqiqə davam edən görmə itkisi baş verir və daha sonra görmə yenidən normallaşır.
Lakin görmənin bərpa olunması təhlükənin aradan qalxdığını göstərmir. Gözə gedən qan axınının müvəqqəti azalması beyin damarlarında da qan dövranı probleminin göstəricisi ola bilər. Bu səbəbdən qısa müddətli görmə itkiləri də insult riski baxımından təcili qiymətləndirilməlidir.
Hansı xəstəliklər riski artırır?
Çelikerin sözlərinə görə, retina damarlarının tutulması bir sıra sistemik xəstəliklərlə əlaqəli ola bilər. Xüsusilə aşağıdakı amillər riski artırır:
Yüksək qan təzyiqi;
Şəkərli diabet;
Xolesterin yüksəkliyi;
Ürək-damar xəstəlikləri;
Siqaret istifadəsi.
Həkim bildirib ki, retina arteriyasının tutulmasına səbəb olan qan laxtaları və damar daxili yığıntılar ürək və ya boyun damarları ilə də əlaqəli ola bilər. Buna görə də belə xəstələrdə yalnız göz problemi deyil, ümumi damar sağlamlığı da araşdırılmalıdır.
Mütəxəssis retina arteriyası və venasının tutulmasının fərqli klinik vəziyyətlər yaratdığını vurğulayıb.
Retina arteriyasının tutulması gözün qanla təminatını birbaşa pozduğu üçün təcili müdaxilə tələb edir. Xüsusilə mərkəzi retina arteriyasının tutulması göz insultu kimi qiymətləndirilir. Belə xəstələr gecikmədən insult üzrə müayinənin aparıla bildiyi təcili yardım şöbəsinə yönləndirilməlidir.
Retina venasının tutulması zamanı isə qanın retinadan xaric olması pozulur. Nəticədə retina təbəqəsində qanaxmalar və görmə mərkəzində maye toplanması yarana bilər. Bu hallarda göz daxili inyeksiyalar kimi müalicə üsullarından istifadə oluna bilər. Müalicə xəstəliyin növünə və ağırlıq dərəcəsinə uyğun müəyyən edilir.
Diaqnozun qoyulması üçün ətraflı göz dibi müayinəsi aparılır. Zəruri hallarda optik koherent tomoqrafiya (OCT) və retina damarlarının görüntülənməsi üsullarından da istifadə olunur.
Çeliker bildirib ki, xəstələrin görmələrinin öz-özünə düzələcəyini düşünərək saatlarla, hətta günlərlə gözləməsi ciddi nəticələrə səbəb ola bilər. Xüsusilə retina arteriyasının tutulmasında vaxt amili böyük əhəmiyyət daşıyır.
Erkən müraciət itirilmiş görmənin mütləq bərpa olunacağına zəmanət verməsə də, vaxtında tibbi müdaxilə və mümkün insult riskinin müəyyənləşdirilməsi baxımından həyati əhəmiyyət daşıyır.
Bir gözdə qəfil qaralma, bulanıqlıq və ya görmə itkisi yaranarsa, ağrı olmasa və əlamətlər bir neçə dəqiqə sonra keçsə belə, gözləmədən təcili tibbi yardım almaq lazımdır.
Müəllif: Mina Mikayılova
DİGƏR XƏBƏRLƏR
-
Bu əlamət korluğa səbəb ola bilər
-
Səhiyyə Nazirliyindən apteklərə xəbərdarlıq: Bu xidmət qanunsuzdur
-
Yanvardan pensiyalar bu qədər artacaq - Yeni xəbər
-
Hava ilə bağlı son məlumat - (Yenilənib)
-
Gələn ildən ailələrlə bağlı yeni qayda: Hər kəsin məlumatı...
-
Müharibə veteranlarına hansı güzəştlər edilir?
XƏBƏR LENTİ
-
Narkotik əməliyyatında saxlanılan məşhurların görüntüləri yayıldı - (Video)
-
Bu əlamət korluğa səbəb ola bilər
-
Səhiyyə Nazirliyindən apteklərə xəbərdarlıq: Bu xidmət qanunsuzdur
-
Yanvardan pensiyalar bu qədər artacaq - Yeni xəbər
-
Rusiyada azərbaycanlı iş adamına 6 milyondan çox cərimə kəsildi
-
Gənc ailələrə dəstəkdə yeni mərhələ: ehtiyaclar dəqiq müəyyənləşdiriləcək
-
Hava ilə bağlı son məlumat - (Yenilənib)
-
Zaqatalada yaşlı kişi müəmmalı şəkildə yoxa çıxdı
-
Ronaldonun azarkeşlərinə jesti diqqət çəkdi (Video)
-
Bakıda qadın hamamda öldü
-
“Turan Tovuz”un məşqçisi 3 oyunluq cəzalandırıldı
-
Röya: "Dilim acıdır, bir söz deyirəm, səhərə qədər Allaha yalvarıram"
-
Gələn ildən ailələrlə bağlı yeni qayda: Hər kəsin məlumatı...
-
Sumqayıtda dənizdə batan gəncin meyiti tapıldı
-
ABŞ-dən vətəndaşlarına Ukrayna ilə bağlı xəbərdarlıq
-
AAAF Parkda təhlükəli mənzərə: Tikinti ayaqaltıları standartlara uyğun deyil? - (Foto)
-
Bakıya dolu yağır - (Video)
-
Müharibə veteranlarına hansı güzəştlər edilir?
-
Ada Süleymanovanın doğum günündə Anarın yer aldığı görüntü - (Video)
-
Şəfqətin kölgəsi: Akademik Adilə Namazova - 100 - (Foto)
-
Hacıqabulda kürəkən qayınatasını öldürdü
-
Azərbaycanda “Temu”ya qarşı iş başlana bilər - Səbəb
-
3-cü dəfə evləndi: İki xanımı xeyir-duaya gəldi (Video)
-
Bakıda iki azyaşlı bacının ölümü ilə bağlı TƏBİB-dən açıqlama





