İdman

Vinisius Junior Puşkaşa çatdı

25 Noyabr 2026 14:16
Baxış: 178
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Real Madrid"in braziliyalı ulduzu Vinisius Junior Çempionlar Liqasında növbəti tarixi göstəriciyə imza atıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, PSV ilə qarşılaşmada rəqib qapısına yol tapan 26 yaşlı hücumçu Madrid klubunun heyətində turnirdə vurduğu qolların sayını 35-ə yüksəldib. Beləliklə, braziliyalı futbolçu "Real"ın keçmiş ulduzu Ferents Puşkaşın bu turnirdəki qol göstəricisini təkrarlayıb.

Klubun Çempionlar Liqasında ən çox qol vuran oyunçuları sırasında Kriştianu Ronaldu 105 qolla ilk yerdədir. Kərim Benzema 78, Raul Qonsales və Alfredo di Stefano isə 49 qolla onun ardınca gəlirlər.

Xatırladaq ki, 2018-ci ildən "Real Madrid"in şərəfini qoruyan Vinisius Junior komanda ilə indiyədək 14 kubok qazanıb. PSV ilə görüşdə isə Madrid təmsilçisi 5:1 hesablı qələbə əldə edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.