Qazinin 30 il aldığı müavinət niyə kəsilib? - (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsmayıllı rayonu, Basqal qəsəbəsi sakini, 1974-cü il təvəllüdlü Əzizov İmran Fiqət oğlu əlillik müavinətinin dayandırılmasından şikayətçidir.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, İmran Əzizov deyir ki, 1992-1996-cı illərdə Birinci Qarabağ müharibəsində iştirak edib. Müharibə zamanı onda epilepsiya xəstəliyi yaranıb.
Hazırda Abşeron rayonu, Xırdalan şəhərində yaşayan İmran Əzizovun sözlərinə görə, 1996-cı ildən epilepsiya xəstəliyi səbəbindən ona 2-ci dərəcə əlillik təyin olunub. 30 il əlilliklə bağlı müavinət aldığını xatırladaq İmran Əzizov, əslində 10 ildən sonra ona müddətsiz əlillik təyinatı aparılmalı olduğunu, amma nədənsə bunun edilmədiyini vurğulayıb. Dediyinə görə, sonuncu dəfə bu ilin aprel ayında Respublika Əlillərin Bərpa Mərkəzində müvafiq komissiyadan keçib. O iddia edir ki, müayinə zamanı da epileptik tutma baş verib. Müayinədən bir müddət sonra isə əlillik təyinatından imtina olunduğunu öyrənib. Səbəb də göstərilib ki, o, Respublika Əlillərin Bərpa Mərkəzində təkrar müayinə olunmalıdır. Odur ki, təkrar müayinə üçün yenidən Respublika Əlillərin Bərpa Mərkəzinə üz tutub. Lakin burada deyilib ki, təkrar müayinə apara bilməzlər. Bildirilib ki, onlar müayinəni bir dəfə aparırlar. Beləlklə, İmran Əzizovun müavinəti dayandırılıb. Bundan sonra ona dövlət tərəfindən verilən dərmanlar da kəsilib.
Məsələ ilə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov bildirib ki, İsmayıllı rayon sakini, 1974-cü il təvəllüdlü Əzizov İmran Fiqət oğlu əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən Forma-88 göndərişi əsasında 23.04.2026-cı il tarixdə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində əyani müayinə edilib.
Vətəndaşın müayinə nəticələrinə və təqdim etdiyi tibbi sənədlərə əsasən, qanunvericiliyə uyğun olaraq əlavə müalicəyə ehtiyacın olması ilə bağlı qərar qəbul edilib.
Hazırda isə şəxslə bağlı qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən yeni göndəriş elektron sistemə daxil edilməyib.
İmran Əzizovla bağlı tibb müəssisəsi tərəfindən sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən yeni Forma-88 sənədi rəsmiləşdiriləcəyi təqdirdə onun əlilliyi qanunvericiliyə uyğun olaraq təkrar qiymətləndiriləcək.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən ünvanlanan sorğuya iki gün ərzində verilən cavab isə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin cavabından fərqlənməyib. TƏBİB sözügedən qurumun mövqeyini olduğu kimi öz adından bizə göndərib: "İsmayıllı rayon sakini, 1974-cü il təvəllüdlü Əzizov İmran Fiqət oğlu əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən Forma-88 göndərişi əsasında 23.04.2026-cı il tarixdə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində əyani müayinə edilib.
Vətəndaşın müayinə nəticələrinə və təqdim etdiyi tibbi sənədlərə əsasən, qanunvericiliyə uyğun olaraq əlavə müalicəyə ehtiyacın olması ilə bağlı qərar qəbul edilib.
Hazırda isə şəxs qeydiyyatda olduğu tibb müəssisəsinə yeni göndəriş üçün müraciət etməyib.
İmran Əzizovla bağlı tibb müəssisəsi tərəfindən sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən yeni Forma-88 sənədi rəsmiləşdiriləcəyi təqdirdə əlilliyi qanunvericiliyə uyğun olaraq təkrar qiymətləndiriləcək".
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Qazinin 30 il aldığı müavinət niyə kəsilib? - (Video)
-
Hava ilə bağlı son məlumat
-
100 manatlıq dövlət rüsumu 25 manata endirilir - Qərar
-
Qızılın qiyməti yenidən ucuzlaşdı
-
AZAL “Sərfəli Cümə” kampaniyası elan edir!
-
Polşanın nüfuzlu nəşri Azərbaycan və Türkiyənin hərbi sənayəsindəki əməkdaşlığı barədə yazdı
XƏBƏR LENTİ
-
Tramp hind toyuqlarını əfv edib - (Video/Foto)
-
Aygün Əliyeva vəfat etdi
-
Qazinin 30 il aldığı müavinət niyə kəsilib? - (Video)
-
Andrey Arşavin “Sabah”-“Barselona” matçı üçün Bakıya gəldi
-
Azərbaycanda bu qurum ləğv edildi
-
Hava ilə bağlı son məlumat
-
Brilliant Dadaşova: “Oğlum deyirdi ki, yaxınlaşma mənə...” (Video)
-
Kəlbəcərin inkişafı təkcə dağıdılmış infrastrukturun bərpası ilə məhdudlaşmır - Kamaləddin Qafarov
-
Məşhur quşçuluq şirkətində 400 ton təhlükəli toyuq əti aşkarlanıb - Direktor həbs edildi - (Yenilənib)
-
100 manatlıq dövlət rüsumu 25 manata endirilir - Qərar
-
Qubada “BMW” yoldan çıxaraq parkın hasarına çırpıldı - (Foto)
-
Məşhur aktrisa saxlanıldı
-
Qızılın qiyməti yenidən ucuzlaşdı
-
AZAL “Sərfəli Cümə” kampaniyası elan edir!
-
Elektrikli maşınları kabelsiz şarj edə biləcəyik
-
Polşanın nüfuzlu nəşri Azərbaycan və Türkiyənin hərbi sənayəsindəki əməkdaşlığı barədə yazdı
-
Qubada avtomobilin vurduğu piyada xəstəxanada öldü
-
Mətanət Əsədova: “Böyük səhv edib müğənni olmuşam”
-
Bəlkə də evinizdə var: Bir əsrlik əsginas hərracda 1200 manata satıldı - (Foto)
-
"Brent" ucuzlaşdı
-
Meksikanın dünya şöhrətli Vaskonselos Kitabxanasına Azərbaycanla bağlı kitablar hədiyyə olundu - (Foto)
-
ÇL: “Real” PSV-ni darmadağın etdi - Nəticələr
-
Bankomatlardakı "Sil" və "İmtina" düymələri arasındakı fərq açıqlandı
-
İzmir küftəsini qurutmadan bişirməyin sirləri





