Cəmiyyət

100 manatlıq dövlət rüsumu 25 manata endirilir - Qərar

25 Noyabr 2026 10:19
Baxış: 196
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Məhkəmə əmri haqqında ərizənin verilməsinə görə dövlət rüsumunun məbləğinin 100 manatdan 25 manata endirilməsi təklif olunur.

Milli.Az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, məhkəmə əmri haqqında ərizəyə görə 100 manat məbləğində olan dövlət rüsumu 25 manata endirilir.

Bundan başqa, qiymətləndirilən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin verilməsinə görə dövlət rüsumunun yalnız iddianın mübahisələndirilən hissəsi əsasında hesablanması təklif olunur.

Qüvvədə olan qanuna görə, məhkəmə əmri haqqında ərizəyə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. 1000 manatadək qiymətləndirilən iddia ərizəsinə görə 30 manat, 10 000 manatadək olduqda isə əlavə olaraq iddianın bir faizi miqdarında (məsələn, iddia tələbi 2000 manat olduqda 40 manat) dövlət rüsumu müəyyən edilir.Qanun layihəsinin əsas məqsədi məhkəməyə müraciət edən şəxslərin xərclərini azaltmaq, eləcə də aşkar və mübahisəsiz tələblər üzrə daha operativ olan əmr icraatının tətbiqini genişləndirməkdir.

Qeyd edək ki, Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə əmri tələb daxil olduğu gündən üç gün ərzində məhkəmə baxışı keçirilmədən və tərəflər çağırılmadan çıxarılır. Məhkəmə əmri özü icra sənədi hesab olunur.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.