Maraqlı

WC qısaltmasının tarixi: 19-cu əsrin gigiyena inqilabından gələn simvol

25 Noyabr 2026 00:39
Baxış: 123
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Restoranlarda, ticarət mərkəzlərində və ictimai yerlərdə tez-tez qarşımıza çıxan "WC" qısaltması müasir gigiyena və kanalizasiya tarixinin formalaşdığı dövrlə bağlıdır.

Milli.Az xəbər verir ki, müasir kanalizasiya şəbəkələri geniş yayılmazdan əvvəl gigiyena üsulları sadə idi. Mühəndislərin müasir su və kanalizasiya sistemlərini inkişaf etdirdiyi 19-cu əsrdə sifonlu tualetlərin istifadəsi artdı.

Bu dövrdə ingilislər sifonlu sistemlə işləyən bu məkanlar üçün "Water Closet" terminini işlədiblər. O dövrün ingiliscəsində "closet" kiçik, qapalı otağı, "water" isə təmizlik üçün istifadə olunan suyu bildirirdi (hərfi mənası "sulu kabin").

İstifadə rahatlığına görə bu ifadə qısaldılaraq beynəlxalq səviyyədə tanınan WC simvoluna çevrilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.