Türkiyə

Türkiyədə sabiq nazir ev dustaqlığına buraxıldı

24 Noyabr 2026 15:21
Baxış: 131
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin keçmiş ailə və sosial xidmətlər naziri Fatma Betül Sayan Kaya ev dustaqlığına buraxılıb.

Milli.Az "Hürriyet"ə istinadən xəbər verir ki, sabiq nazirin ölkədən çıxışına da qadağa qoyulub.

Xatırladaq ki, Fatma Betül Sayan Kaya noyabrın 5-də İstanbul Baş Prokurorluğunun apardığı kapital bazarları araşdırması çərçivəsində "kapital bazarı qanununu pozmaq" və "cinayət törətmək üçün yaradılmış təşkilata üzvlük" ittihamları ilə həbs olunmuşdu. Qeyd edək ki, istintaq materiallarına əsasən, Kaya və həyat yoldaşı İlyas Kayanın Özata Denizcilik səhmlərinə ümumilikdə 163 milyon 46 min lirə investisiya qoyduğu, səhmlərin isə təxminən dörd ay sonra 2 milyard 170 milyon lirəyə satıldığı bildirilir.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.