Avtobus və metroda oturacaq davasına son? - Qaydalar bəlli oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İctimai nəqliyyatda böyüklərə və ehtiyacı olanlara yer vermək məsələsi zaman-zaman cəmiyyətdə müzakirə və mübahisə mövzusuna çevrilir. Bir qrup insan gəncləri yer verməməkdə ittiham edir, digər qrup isə bu davranışın məcburi olmadığını bildirir.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı sosioloq Nailə İsmayılovanın sözlərinə görə, böyüklərin gənclərə yuxarıdan aşağı baxaraq, sanki onların yer verməyə məcbur olduqlarını düşünməsi gənclərdə yaşlılara yer vermək istəyini azalda bilər.
Sosioloqun fikrincə, bu cür hallar sosial dəyərlərin və qarşılıqlı hörmət anlayışının dəyişməsi ilə əlaqədardır. O hesab edir ki, müasir həyat tərzi və rəqəmsal vərdişlər ictimai məkanlardakı davranışlara da təsir göstərir:
"Müasir gənclər daha çox fərdi azadlığa, şəxsi sərhədlərə və öz rahatlıqlarına üstünlük verirlər. Əlbəttə, bu, əslində, müasir cəmiyyətin təbii xüsusiyyətidir. Ancaq problem ondadır ki, bəzən şəxsi azadlıq başqalarının ehtiyaclarına qarşı laqeydliklə qarışdırılır.
Rəqəmsal mühitin və sosial şəbəkələrin təsiri ilə insanların bir hissəsi ətrafında baş verən hadisələrə daha az diqqət yetirir. İctimai nəqliyyatda hər kəsin öz telefonuna qapanması da təbii ki, bunun müəyyən göstəricisidir".
İctimai nəqliyyatda kimə yer vermək məcburidir?
Bakı metropolitenindən istifadə qaydalarına görə, qatarda sərnişinlər əlilliyi olan şəxslərə, qocalara, hamilə qadınlara və uşaqlı sərnişinlərə oturmağa yer verməlidirlər. Yəni metroda bu, birbaşa sərnişinin vəzifəsi kimi göstərilib.
Hətta bu kateqoriyalara aid sərnişinlər onlar üçün nəzərdə tutulmuş xüsusi yerlərin digər sərnişinlər tərəfindən boşaldılmasını tələb edə bilərlər.
Bəs avtobusda?
Şəhərdaxili avtobuslarda məktəbəqədər yaşlı uşağı olan sərnişinlər, hamilə qadınlar, əlilliyi olan şəxslər və ahıllar üçün xüsusi oturacaqlar nəzərdə tutulur. Qaydalara əsasən, sərnişin həmin yerləri onların tələbi ilə boşaltmalıdır.
İctimai nəqliyyatda böyüklərə və əyləşməyə ehtiyacı olanlara yer vermək məsələsi, yəqin ki, yenə də zaman-zaman müzakirə mövzusu olacaq. Yaşlılar gəncləri qınayacaq, gənclər də öz düşüncələrinə haqq qazandıracaqlar. Ən yaxşısı isə avtobusda əyləşməyə ehtiyacı olan şəxsə yer verməkdir. Könülləri xoş etmək, əyləşməkdən daha xoşdur.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
“Azərişıq” və “Azərenerji”nin fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
-
Avtobus və metroda oturacaq davasına son? - Qaydalar bəlli oldu
-
Banklar kreditlərdən gələcək pulları əvvəlcədən əldə edə biləcək
-
Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
-
Alimentin məbləği bu hallarda azaldıla bilər - Açıqlandı
-
Rəşid Mahmudov: "Qadın elə etməlidir ki, əri ondan ötrü darıxsın"
XƏBƏR LENTİ
-
“Azərişıq” və “Azərenerji”nin fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
-
Avtobus və metroda oturacaq davasına son? - Qaydalar bəlli oldu
-
Xalq artisti: "O rəqsdən sonra vəfat edən oğlumdan üzr istədim"
-
İranda elektrik enerjisi kəsilə bilər - Xəbərdarlıq edildi
-
Banklar kreditlərdən gələcək pulları əvvəlcədən əldə edə biləcək
-
Ermənistanın yeni Konstitusiya layihəsi: 8 mühüm dəyişiklik
-
Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
-
Faiq Ağayevin klipindəki məşhur model illər sonra üzə çıxdı (Foto-Video)
-
İcarəyə götürdüyü “Toyota”nı söküb hissələrini satdı - Saxlanıldı
-
Qurban Qurbanov 900-cü oyununu keçirdi
-
Yeni Azərbaycan Partiyası: dünənin tarixi, bu günün siyasi reallığı və gələcəyin hədəfləri
-
Alimentin məbləği bu hallarda azaldıla bilər - Açıqlandı
-
Elgiz Əkbər: "1 qəpik pulun yoxdur, acından günorta durursan" (Video)
-
Qəzada ölən "Metak"ın rəhbərinin oğlu deyil (Yenilənib)
-
Rəşid Mahmudov: "Qadın elə etməlidir ki, əri ondan ötrü darıxsın"
-
Kürdəmirdə qəza - 4 nəfər xəsarət aldı
-
Bu şəxslər əsgər çağırılmayacaq - Qanun təsdiqləndi
-
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Azərbaycanda bəzi şəxslərə torpaq pulsuz veriləcək - Kimlərə şamil olunur?
-
“Liverpul” Premyer Liqada tarixi göstəriciyə imza atdı
-
Antonio Tayani sabitlik istiqamətində atılan addımlara görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Vuçiç ölüm təhdidi aldığını açıqladı - “Mənə açıq mesaj verildi”
-
Tanınmış xanəndə “Zaza Dayı” ilə (Foto)
-
Prezident İlham Əliyev ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqləyib





