Siyasət

Antonio Tayani sabitlik istiqamətində atılan addımlara görə Prezident İlham Əliyevə təşəkkür edib

23 Noyabr 2026 14:39
Baxış: 120

Antonio Tayani sabitlik istiqamətində atılan addımlara görə Prezident İlham Əliyevə təşəkkür edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İtaliya Respublikasının Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə brifinq zamanı çıxışında deyib.

İtaliyalı nazir qeyd edib ki, Azərbaycanla Ermənistan arasında da sülh daimi inkişafa səbəb olacaq.

"Azərbaycan və Ermənistan arasında sülhə aparan dialoqu yüksək qiymətləndirir və dəstəkləyirik. Buna görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm ki, sabitlik istiqamətində addımlar atırlar",- deyə o bildirib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.