Cəmiyyət

Rektor vəzifəsindən azad edilən Elçin Babayev həmin vaxt harada idi? - Detallar

23 Noyabr 2026 13:52
Baxış: 154
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakı Dövlət Universtetinin rektoru vəzifəsindən azad edilən Elçin Babayev işdən çıxarılma xəbərini Qazaxıstanda - Astanada alıb. 

Milli.Az Manset.az-a istinadən xəbər verir ki, Elçin Babayev noyabrın 18-də Qazaxıstanın paytaxtı Astanada keçirilən III İllik Beynəlxalq Strateji Tərəfdaşlar forumunda iştirak etmək üçün ora yola düşübmüş. Noyabrın 19-da rektor E.Babayev "Hilton Astana" hotelində Strateji Tərəfdaşlar forumunun əsas plenar iclasında iştirak edəcəkmiş. Elə iclas vaxtı sabiq rektor işdən çıxarılma xəbərini alıb. Dərhal iclası tərk edərək təcili Azərbaycana qayıdıb. Faktlar onu göstərir ki, 2-ci müddətə BDU-nun rektoru vəzifəsinə təyin edilən Elçin Babayevin işdən çıxarılması onun üçün müəmmalı olub. 

Qeyd edək ki, Elçin Babayev Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ildə yenidən 2-ci müddətə BDU-nun rektoru təyin edilmişdi. 

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.