Cəmiyyət

Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

23 Noyabr 2026 11:08
Baxış: 109
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib.

Bu barədə Milli.Az-a Şuradan məlumat verilib.

Qeyd edilib ki, Media Reyestrinə daxil edilmiş, ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər.

Bildirilib ki, müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikası Media və Yayım Şurasına təqdim edilir.

"Müsabiqədə iştirak etmək istəyən media subyektlərinin heyətində ən azı bir nəfər məsul redaktor və üç nəfər jurnalist olmaqla, ümumilikdə azı dörd nəfər olmalıdır.

Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektlərinin hər biri ilə aylıq 5000 (beş min) manat məbləğində maliyyə yardımının göstərilməsinə dair 6 (altı) ay müddətinə müqavilə imzalanır. Bu müddət ərzində müvafiq dörd əməkdaşın hər birinin aylıq əməkhaqqı minimum 800 (səkkiz yüz) manat təşkil etməlidir.

Qeyd edək ki, müsabiqəyə 30 noyabr 2026-cı il saat 18:00-dək müraciət etmək mümkündür.

Müsabiqənin qaydaları ilə buradan ətraflı tanış ola bilərsiniz", - məlumatda qeyd olunub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.