İdman

Joze Mourinyo "Real Madrid"də tarix yazdı: XXI əsrin rekordu

22 Noyabr 2026 19:00
Baxış: 78
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Joze Mourinyo "Real Madrid"in baş məşqçisi kimi İspaniya çempionatında ardıcıl ev qələbələrinin sayına görə XXI əsrin rekorduna imza atıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Pedro Martin "X" sosial şəbəkəsində məlumat yayıb.

Portuqaliyalı mütəxəssisin rəhbərlik etdiyi Madrid təmsilçisi La Liqada doğma meydanda ardıcıl 17-ci qələbəsini qazanıb. Komanda bu göstəriciyə İspaniya çempionatının cari mövsümünün 13-cü turunda "Selta"nı 2:1 hesabı ilə məğlub etməklə nail olub.

Bundan əvvəl "Real Madrid" "Santyaqo Bernabeu" stadionunda "Sevilya" (4:1), "Vilyarreal" (1:0), "Rayo Valyekano" (4:1), "Malaqa" (4:0) və "Real Sosyedad" (4:1) üzərində qələbə qazanıb.

İdman"Real Madrid" "Selta" üzərində əzmkar qələbə qazandı - Video

Qeyd edək ki, Mourinyonun Madrid klubundakı sonuncu mövsümü olan 2012/2013 mövsümündə komanda ardıcıl 11 ev qələbəsi əldə etmişdi.

Hazırkı 17 oyunluq qələbə seriyası XXI əsrdə "Real Madrid"in baş məşqçiləri arasında ən yaxşı göstəricidir. Eyni nəticəyə 1985/1986 mövsümündə Luis Molovni də nail olub.

Bu göstərici üzrə mütləq rekord isə Miqel Munyosa məxsusdur. Onun rəhbərliyi altında "Real Madrid" 1960-1962-ci illərdə ardıcıl 22, 1962-1963-cü illərdə isə ardıcıl 18 ev qələbəsi qazanıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.