İdman

Messinin komandası öz meydanında darmadağın oldu

22 Noyabr 2026 14:26
Baxış: 122
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"İnter Mayami" Şimali Amerikanın Əsas Futbol Liqasının (MLS) 1/8 final mərhələsinin ilk oyununda öz meydanında "Kolambus"a 0:3 hesabı ilə məğlub olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qonaq komandanın heyətində qolları Qonsalo Tapia (9-cu və 58-ci dəqiqələr) və Taha Habrun (52-ci dəqiqə) vurublar.

Qarşılaşmanın 36-cı dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Qonsalo Luxan qırmızı vərəqə alaraq meydandan qovulub. Nəticədə "İnter Mayami" matçın qalan hissəsini azlıqda keçirib.

İki qələbəyədək davam edəcək seriyanın növbəti oyunu "Kolambus"un doğma meydanında baş tutacaq.

Qeyd edək ki, "İnter Mayami" MLS-in son çempionudur. Komandanın heyətində səkkizqat "Qızıl top" mükafatçısı Lionel Messi də çıxış edir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.