Ölkə

Bakının mərkəzində bu ərazilərə maşınla giriş pullu oldu: İlk 15 dəqiqənin tarifi 3 manat

22 Noyabr 2026 12:28
Baxış: 121
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakının tarixi mərkəzində avtomobil hərəkəti artıq fərqli üsullarla tənzimlənir. İçərişəhərdə sakin olmayan sürücülər üçün ilk 15 dəqiqənin tarifi 3 manatdır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Xaqani bağı ətrafında isə əvvəllər həftəsonları tətbiq olunan hərəkət məhdudiyyəti həftənin bütün günlərinə şamil edilib

Prosesin daha da genişləndiriləcəyi gözlənilir. Belə ki, paytaxtda sürücülərdən avtomobili park etmədən, təkcə müəyyən əraziyə daxil olduğuna görə ödəniş alına bilər. Qanuna təklif edilən dəyişikliyə əsasən, girişin ödənişli olacağı zonaları və tarifləri səlahiyyətli qurum təsdiqləyəcək.

Yeni layihə üzrə konkret ünvan açıqlanmasa da, eksperti Elnur Fərzəliyev mümkün ərazilərdən biri kimi Yasamal rayonundakı keçmiş "Sovetski" adlanan ərazini göstərir.

Ekspert deyir ki, bir çox iri və inkişaf etmiş şəhərlərdə bu təcrübədən geniş istifadə edilir. Məsələn, Londonda müəyyən saatlarda şəhərin mərkəzindəki ödənişli zonada avtomobil sürməyin gündəlik haqqı 18 funtdur. Bəzi şəhərlərdə isə müəyyən edilmiş küçələrə daxil olan minik avtomobillərindən gündə bir dəfə haqq tutulur.

Layihəyə görə, giriş haqqı dövlət büdcəsinə ödəniləcək. Ödənişin konkret hansı küçələrdə və nə vaxt tətbiq edilməyə başlanacağı isə açıqlanmayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.