İdman

“Barselona” “Sabah”la oyuna ciddi itkilərlə çıxacaq

22 Noyabr 2026 10:36
Baxış: 129
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində Bakıda "Sabah"ın qonağı olacaq İspaniyanın "Barselona" komandası oyuna ciddi itkilərlə çıxacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  Kataloniya təmsilçisinin heyətində 2 aparıcı futbolçu avrokubok matçını buraxacaq. Belə ki, müdafiəçi Andreas Kristensen və yarımmüdafiəçi Rodri zədə səbəbindən "Sabah"la görüşdə iştirak etməyəcəklər.

Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.