İki sənət, bir ruh: Rusiyada yaşayan azərbaycanlı vokalçılar III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalında çıxış ediblər - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbində III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı çərçivəsində "İki sənət, birruh" adlı konsert keçirilib.
Konsertdə Rusiyada yaşayan vəfəaliyyət göstərən, beynəlxalq müsabiqələr laureatları olan soydaşlarımız Milana Qəmbatzadə və Dinara Mahmudova iştirak ediblər.
Trend Life-ın tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, konsert klassik musiqiyə sevgi, vokal sənətinə bağlılıq vəAzərbaycan mədəni kökləri ilə birləşən gənc ifaçıları tamaşaçılara təqdim etmək baxımından əlamətdar olub.
Gənc istedadların dəstəklənməsi və təbliği, onların yaradıcılıq inkişafı və peşəkar səhnəyə çıxışı üçün imkanların yaradılması festivalın əsas məqsədlərindən biridir.
Gənc ifaçıların çıxışları klassik musiqi dünyasına yeni adların təqdim olunmasına və tamaşaçıların perspektivli vokal sənətçiləri ilə tanış olmasına şərait yaradır.
Dinara Mahmudova Sankt-Peterburq şəhərində anadan olub. O, Çexiyadakı Yan Deyl adına Praqa Konservatoriyasını bitirib, hazırda Rusiya Dövlət İxtisaslaşmış İncəsənət Akademiyasında(RGSАİ) təhsilini davam etdirir. Dinaranın yaradıcılıq yolu çətinliklərin öhdəsindən gəlməyin və peşəkar mühitdə özünütəsdiq etməyin ruhlandırıcı nümunəsidir. Görmə qabiliyyətindən məhrum olan ifaçı öz sənəti ilə sübut edir ki, həqiqi istedadın sərhədi yoxdur və o, bütün maneələri dəf etməyə qadirdir.
Milana Qəmbatzadə Bakıda anadan olub, Rusiyanın Orenburqşəhərində böyüyüb. L. və M. Rostropoviçlər adına İncəsənətİnstitutunun tələbəsi, beynəlxalq müsabiqələrin laureatıdır. Uşaqlıqdan musiqi ilə məşğul olan Milana, özünün də qeydetdiyi kimi, gələcəkdə opera müğənnisi olacağını hər zaman bilib.
Konsert proqramında Q.F. Hendel, V.A. Motsart, A. Dvorjak, C. Gerşvin, D. Volf, C. Rossini, M. Maqomayev, Fernandes, S. Rüstəmov, K. Debüssi və Q. Qarayevin əsərləri səsləndirilib.
Konsert proqramında festivalın təşkilatçısı və bədii rəhbəri, Azərbaycanın Xalq artisti Fidan Hacıyeva da çıxış edib.
Qeyd edək ki, III Fidan Hacıyeva Beynəlxalq Opera FestivalıXalq artistinin 50 illik yubileyinə və 30 illik yaradıcılıqfəaliyyətinə həsr olunub. Azərbaycan tarixində ilk dəfə olaraqbu miqyasda klassik sənət festivalı üç ay ərzində - sentyabrın 7-dən dekabrın 7-dək keçirilir. Festivalın yekun konserti Heydər Əliyev Sarayında baş tutacaq.
Festival çərçivəsində Bakıda, Azərbaycanın regionlarında, eləcədə Avropanın beynəlxalq səhnələrində ümumilikdə 30-a yaxınmusiqi və mədəniyyət tədbiri təşkil olunur.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İki sənət, bir ruh: Rusiyada yaşayan azərbaycanlı vokalçılar III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalında çıxış ediblər - (Foto)
-
Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında “Kamera Musiqisi Axşamı” adlı konsert keçirilib - (Foto)
-
Qara Qarayevin musiqisi III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalında nəsilləri bir araya gətirib - (Foto)
-
Fərid Hüseynov və Əli Vəliyev “Yeni adlar” layihəsi çərçivəsində çıxış ediblər – (Foto-Video)
-
Milli Dram Teatrında Lev Tolstoyun “İvan İliçin ölümü” əsəri əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Milli İncəsənət Muzeyi “Teatrın gəncləri” layihəsinə start verildi - (Foto)
XƏBƏR LENTİ
-
İki sənət, bir ruh: Rusiyada yaşayan azərbaycanlı vokalçılar III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalında çıxış ediblər - (Foto)
-
“Barselona” “Sabah”la oyuna ciddi itkilərlə çıxacaq
-
Rusiyanın yük gəmisi PUA hücumundan sonra yanır - Finlandiyada
-
Formula-1: Las-Veqas Qran-Prisinin qalibi bəlli oldu
-
Nigar Tofiqin səhnə geyimi müzakirə yaratdı - (Video)
-
Messinin komandası öz meydanında darmadağın oldu
-
Zaur Baxşəliyevin görüntüsü müzakirə yaratdı (Video)
-
Röya və Əbdül Xalid 23 il öncə - (Video)
-
Məsumə Məlikovanın 97 yaşı tamam oldu
-
Binanın blokunda toy edib, süfrə açdılar - (Video)
-
Xalq artisti görünüşü ilə müzakirə yaratdı - (Video)
-
Sabah Bakıda yağış yağacaq
-
Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
-
Tanınmış meyxanaçıların rəqsi gündəm oldu – (Video)
-
"İsrail Suriyaya hücum edə bilər"
-
Prezident İlham Əliyev Livan Prezidentini təbrik edib
-
Xalq artistinin illər əvvəlki görüntüləri yayıldı (Fotolar)
-
Bakının mərkəzində bu ərazilərə maşınla giriş pullu olacaq: İlk 15 dəqiqənin tarifi 3 manat
-
Bu şəxslərin elektrik xərclərinin yarısını dövlət ödəyəcək
-
Azərbaycanda tələbə qəfil öldü
-
Niderland məhkəməsi BYD-nin bu modelinin satışını qadağan etdi (Foto)
-
"Yaprak dökümü"nün aktrisasının görünüşü müzakirə yaratdı – (Video)
-
"Titanik" sərnişininin saatı bu qiymətə satıldı
-
"Mənimlə duet oxumaq istəyən 10-15 min manat ödəməlidir"





