Mədəniyyət

Qara Qarayevin musiqisi III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalında nəsilləri bir araya gətirib - (Foto)

21 Noyabr 2026 17:06
Baxış: 96
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalı çərçivəsindəQara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində görkəmliAzərbaycan bəstəkarı Qara Qarayevin xatirəsinə həsr olunmuş"Sənətin irsi - gələcəyin səsi" adlı konsert keçirilib.

Tədbirdən Trend-in müxbiri xəbər verir ki, gecə tanınmışifaçıları, pedaqoqları və gənc musiqiçiləri - Qara Qarayev adınaMərkəzi İncəsənət Məktəbinin və Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbinin şagirdlərini bir araya gətirib.

Konsertdə festivalın təsisçisi və rəhbəri, Azərbaycanın Xalqartisti Fidan Hacıyeva, Qara Qarayev adına Mərkəzi İncəsənətMəktəbinin direktoru, Üzeyir Hacıbəyli adına Bakı MusiqiAkademiyasının professoru Könül Hüseynova, eləcə də müxtəlifmusiqi istiqamətləri üzrə istedadlarını nümayiş etdirən gəncifaçılar iştirak ediblər.

Gecənin proqramında dünya klassik və Azərbaycan musiqimədəniyyətinin nümunələri yer alıb. İştirakçıların ifasında Jorj Bize, Ernesto de Kurti, Sergey Raxmaninov, Antonio Kaldara, Cahangir Cahangirov, Həsən Rzayev, Arif Əlizadə, Sərdar Fərəcov, Cavanşir Allahverdiyev, Qara Qarayev, Tofiq Quliyev, Frans Şubert, Fikrət Əmirov, Vasili Kasenko, Antonin Dvorjak və Süleyman Hacıbəyovun əsərləri səsləndirilib.

Proqramda yaradıcılığı gecənin əsas mövzusunu təşkil edənQara Qarayevin əsərlərinə xüsusi yer ayrılıb. Bəstəkarın musiqiirsi gənc pianoçuların, vokalçıların, skripkaçılarının, tar, kamança və qanun ifaçılarının, eləcə də Qara Qarayev adınaMərkəzi İncəsənət Məktəbinin kamera orkestrinin və birləşmişxor kollektivinin ifasında təqdim olunub.

Solo çıxışlarla yanaşı, tamaşaçılar ansambl nömrələrinin, rəqskompozisiyalarının və xor ifalarının da şahidi olublar. Konsertdəməktəbin vokal, instrumental və xoreoqrafiya şöbələrininşagirdləri də iştirak ediblər. Tədbirin sonunda iştirakçılarafestivalın sertifikatları təqdim olunub.

Təşkilatçılar Qara Qarayevin yaradıcılıq irsinin qorunubsaxlanılmasının və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətinivurğulayıblar. Konsert dahi bəstəkarın xatirəsinə ehtiramolmaqla yanaşı, Azərbaycan musiqi məktəbinin ənənələrinidavam etdirən gənc ifaçıların yaradıcılıq potensialını nümayişetdirmək baxımından da əlamətdar olub.

Qeyd edək ki, III Beynəlxalq Fidan Hacıyeva Opera FestivalıAzərbaycanın Xalq artistinin 50 illik yubileyinə və 30 illikyaradıcılıq fəaliyyətinə həsr olunub. Azərbaycan tarixində ilk dəfə olaraq bu miqyasda klassik sənət festivalı üç ay müddətində- sentyabrın 7-dən dekabrın 7-dək keçirilir. Festivalın yekungecəsi Heydər Əliyev Sarayında baş tutacaq.

Festival çərçivəsində Bakıda, Azərbaycanın bölgələrində, eləcədə Avropanın beynəlxalq səhnələrində ümumilikdə 30-a yaxınmusiqi və mədəniyyət tədbiri təqdim olunur.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.