Şou-biznes

Türkiyəli aktyor çəkiliş zamanı yaralandı, əməliyyat oldu - (Foto)

21 Noyabr 2026 10:25
Baxış: 133
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyəli aktyor Boran Kuzum çəkiliş meydançasında bədbəxt hadisə ilə üzləşib.

Milli.Az xəbər verir ki, 34 yaşlı aktyor xaricdə çəkilişləri davam edən "Big Mistakes" serialının setində qəza keçirib.

Hadisə nəticəsində ayağından xəsarət alan Kuzum əməliyyat olunub. Aktyor qatıldığı tədbirlərdən birində jurnalistlərin suallarını cavablandırarkən əlindəki qoltuqağacından dəstək alaraq hərəkət edib.

"Vatanım Sensin", "Saygı" və "Aşk-ı Memnu (Bihter)" kimi layihələrdəki rolları ilə tanınan aktyor bir müddətdir Emmy mükafatlı Dan Levy-nin rejissorluq etdiyi "Big Mistakes" serialının çəkilişləri üçün xaricdədir.

Qeyd edək ki, Boran Kuzum daha əvvəl xarici layihədə yer almağın onun üçün bir arzu olduğunu və bu arzunun gerçəkləşdiyini bildirmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.