İşləyən pensiyaçılarla bağlı yeni xəbər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda əmək pensiyası alan və eyni zamanda əmək fəaliyyətini davam etdirən vətəndaşların pensiya təminatı məsələsi yenidən müzakirə mövzusuna çevrilə bilər. Belə ki, işləyən pensiyaçılar əmək fəaliyyəti dövründə sosial sığorta ödənişləri etmələrinə baxmayaraq, onların pensiyalarına yenidən baxılması və əlavə ödənişlərin hesablanması məsələsi suallar doğurur.
Bəs işləyən pensiyaçıların əmək fəaliyyəti müddətində ödədikləri sosial sığorta haqları onların təqaüdlərinin artırılmasına əsas verə bilərmi? Mövcud qanunvericilikdə bu proses necə tənzimlənir və işləyən pensiyaçıların pensiyalarına yenidən baxılması üçün hansı dəyişikliklərə ehtiyac var?
Milli.Az xəbər verir ki, mövzunu "AzPolitika"ya şərh edən "Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyinin sədri Akif Nəsirli Azərbaycanda işləyən pensiyaçıların təqaüdlərinə yenidən baxılması mümkündür və bunun üçün qanunvericilikdə müəyyən mexanizmlər mövcuddur deyib.
"Belə ki, pensiyaçı pensiya yaşına çatdıqdan sonra işləməyə davam edirsə, onun fərdi hesabında əmək fəaliyyəti dövründə toplanan sosial sığorta haqları pensiya kapitalının artmasına səbəb olur. Bu kapital müəyyən edilən şərtlər daxilində pensiyanın yenidən hesablanmasında nəzərə alınır.
Lakin burada əsas məsələ işləyən pensiyaçının əməkhaqqından tutulan sosial sığorta ödənişlərinin onun pensiyasına necə təsir etməsidir. Mövcud qaydalara əsasən, yaşa görə əmək pensiyası alan və işləməyə davam edən şəxsin pensiyası onun müraciəti əsasında, pensiya təyin olunduqdan sonra fərdi hesabında toplanan kapitalı nəzərə alınmaqla yenidən hesablana bilər. Bu, əsasən, altı il işlədikdən sonra mümkün olur.
Pensiyaçı işləməyə davam etdikcə onun sosial sığorta kapitalının artması gələcəkdə pensiyanın məbləğinin yüksəlməsinə imkan yaradır. Məncə, bu mexanizmin daha çevik olması da müzakirə edilə bilər. Çünki pensiya yaşına çatmasına baxmayaraq əmək fəaliyyətini davam etdirən insanlar həm iqtisadiyyata töhfə verir, həm də sosial sığorta sisteminə vəsait ödəyirlər. Ona görə də onların ödədikləri sığorta haqlarının pensiya təminatında daha operativ və ədalətli şəkildə əks olunması məqsədəuyğundur", -deyə o bildirib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
UEFA Azərbaycan yığması ilə bağlı araşdırmalara başladı
-
İşləyən pensiyaçılarla bağlı yeni xəbər
-
Neftin qiymət bahalaşdı
-
Vyetnamda Azərbaycan xalq mahnısı “Ey Vətən” ifa olunub - (Video)
-
Hərbi geyim qaydasını pozanlar 700 manatadək cərimələnəcək
-
Peruda güclü zəlzələ baş verdi
-
Şəmkirdə qadın abort zamanı öldü
-
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - (Foto)
-
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - (Foto)
-
Dörd bürc noyabrın sonuna qədər varlanacaq
-
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
-
Qışda paltarları radiatorun üzərində qurutmaq təhlükəlidir - xəbərdarlıq
-
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
-
“BYD”nin yeni avtomobili 9 dəqiqəyə enerji doldurur
-
Qabarcıqlı sellofan əslində nə üçün icad edilmişdi? — Maraqlı tarixçə
-
"Tünzalə keçmişini unudandır" - Elza Seyidcahan
-
Milyarderlərin süfrəsinə qətiyyən qoyulmayan qidalar açıqlandı
-
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
-
“Verilişlərimizi bağladınız, tənqid olunan şeylər yenə efirdədir" - Zaur Baxşəliyev
-
Həkimlərin də "olmaz" dediyi şeyi 90 il etdi - 117 il yaşadı
-
Sevgilisinə 25 minlik çanta almadı - Qız onu blokladı
-
Səməd Həsənov vəfat etdi
-
Bruno Marsa ağır itki - (Foto)
-
Günün qoroskopu: Qətiyyətli addımlar atmaq üçün münasib vaxtdır.





