Avto

“BYD”nin yeni avtomobili 9 dəqiqəyə enerji doldurur

21 Noyabr 2026 05:05
Baxış: 141
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Çinin "BYD" şirkətinin "Fang Cheng Bao" markası yeni "Ti 9" krossoverini təqdim edib. Avtomobilin əsas üstünlüklərindən biri yüksək sürətli enerji doldurma texnologiyasıdır.

Milli.Az xəbər verir ki, altı yerlik yeni avtomobil qoşulan hibrid sistemi ilə təchiz edilib. İstehsalçının açıqladığı texniki göstəricilərə əsasən, güc sistemi təxminən 536 at qüvvəsinə malikdir.

Modeldə 66,48 kilovat-saat tutumlu batareya və aktiv pnevmatik asqı sistemi nəzərdə tutulub. Şirkətin məlumatına görə, uyğun şarj avadanlığı və şəraitində batareyanı 10 faizdən 97 faizə cəmi doqquz dəqiqəyə doldurmaq mümkündür.

"Ti 9" daha çox asfalt yollarda rahat istifadə üçün hazırlanmış krossover kimi təqdim edilir. Enerji doldurma sürəti və digər göstəricilər real istifadə şəraitindən asılı olaraq dəyişə bilər. (lent.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.