İdman

Yeni rekord olacaq: Bütün biletlər satıldı

20 Noyabr 2026 21:31
Baxış: 152
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Noyabrın 22-də Misli Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək "Kəpəz" - "Qarabağ" oyununa bütün biletlər satılıb.

Milli.Az xəbər verir ki, bu haqda "Kəpəz"in saytı məlumat yayıb.

Bildirilib ki, 15363 yerlik Gəncə şəhər stadionunda təşkil olunacaq matçda mövsümün yeni rekordunun qeydə alınacağını gözlənilir.  Məlumata görə, hazırda nə onlayn platformada, nə də fiziki kassada bilet qalıb. 

Bununla əlaqədar olaraq, Gəncə şəhər stadionunun kassaları  qarşıdakı günlərdə bağlı olacaq. 

Xatırladaq ki, "Kəpəz" - "Qarabağ" görüşü noyabrın 22-də keçiriləcək və saat 17:00-da başlayacaq. (qol.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.