“Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Noyabrın 20-də Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələrinin tələbələri arasında "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışı keçirilib.
Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən yarış Azərbaycan tarixinin və Ümummilli Lider Heydər Əliyevin irsinin tədqiqi, öyrənilməsi və təbliği məqsədi daşıyır.
Builki bilik yarışında respublikanın 50 ali təhsil müəssisəsini təmsil edən komandalar iştirak edib. Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetinin komandaları isə layihəyə ilk dəfə qoşulublar.
Yarış zamanı komandalara hər suala cavab vermək və müzakirə aparmaq üçün 60 saniyə vaxt ayrılıb. İştirakçıların cavabları Heydər Əliyev Mərkəzi, Təhsilin İnkişafı Fondu və AMEA-nın Tarix və Etnologiya İnstitutunun nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Bilik yarışının nəticələrinə əsasən, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası birinci, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandası ikinci, Bakı Dövlət Universitetinin komandası isə üçüncü yeri tutub.
Mükafatlandırma mərasimində qaliblərə sertifikatları Alyona Əliyeva və elm və təhsil nazirinin müavini Firudin Qurbanov təqdim ediblər.
Yarışın qalibi olan Polis Akademiyasının komandasının üzvü, IV kurs kursantı Ramazan Əliyev təəssüratını bölüşərkən komanda olaraq bilik mübarizəsinə ciddi hazırlaşdıqlarını vurğulayıb: "Komandamız ötən il olduğu kimi, bu il də yarışa ciddi hazırlaşmışdı. İlk turda mübarizə kifayət qədər bərabər getsə də, ikinci turda mövqeyimizi ortaya qoymağı bacardıq. Suallar arasında asan, orta və yüksək çətinlik dərəcəli olanlar var idi. Düşünürəm ki, komandamız onların öhdəsindən uğurla gəldi. Komandamla və Polis Akademiyasının təmsilçisi olmağımla fəxr edirəm".
Bilik yarışında ilk dəfə iştirak edən Qarabağ Universitetinin tarix ixtisası üzrə III kurs tələbəsi Emil Quliyev universitetini bu layihədə təmsil etməyin onun üçün qürurverici olduğunu deyib: "Qarabağ Universiteti olaraq bu mötəbər yarışda ilk dəfə iştirak etmək və universitetimizi təmsil etmək bizim üçün çox qürurvericidir. Bəzi suallarda çətinlik yaşasaq da, yaxşı nəticə əldə etməyə çalışdıq".
Qeyd edək ki, 2014-cü ildən təşkil olunan layihə gənclərin Azərbaycan tarixi və Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında biliklərinin zənginləşdirilməsinə, vətənpərvərlik ruhunun və sağlam rəqabət ənənələrinin gücləndirilməsinə xidmət edir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib - (Video)
-
“Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib
-
Bakıda və rayonlarda hava dəyişir - Yağış, qar və sel xəbərdarlığı
-
Bakıda yeni avtobus marşrutu yaradılır
-
Azərbaycan rəqəmsal hökumətin inkişaf səviyyəsinə görə dünya üzrə 38-ci mövqeyə yüksəlib
-
Kolleclərə qəbul 11-ci sinifdən aparılacaq, qiyabi təhsil ləğv ediləcək
XƏBƏR LENTİ
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib - (Video)
-
“Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib
-
Samir Piriyevin xanımı ilə maraqlı görüntüsü - (Video)
-
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi - (Video)
-
Bakıda və rayonlarda hava dəyişir - Yağış, qar və sel xəbərdarlığı
-
Elton Hüseynəliyevin ailəsində xeyir iş
-
Arda Gülərin yeni maaşı bəlli oldu – Kəskin artdı
-
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Alimlər Ay torpağında ilk dəfə kartof yetişdirdilər
-
Aktrisa Dilara: "Estetikim yoxdur, botoks etdirmirəm, özümü gözəl hesab etmirəm”
-
İtkinlər məsələsində ikili yanaşma: Qırmızı Xaçın fəaliyyəti sual altında
-
Bakıda yeni avtobus marşrutu yaradılır
-
İrəvandakı konfransın əsl məqsədi: Ermənistan nədən yayınmağa çalışır?
-
4 010 azərbaycanlının taleyi niyə gizli saxlanılır?
-
Sərxan Kərəmoğlu: "Yazırlar ki, Allah sənə ölümün tezini nəsib eləsin, tez gedəsən"
-
Azərbaycan rəqəmsal hökumətin inkişaf səviyyəsinə görə dünya üzrə 38-ci mövqeyə yüksəlib
-
Kolleclərə qəbul 11-ci sinifdən aparılacaq, qiyabi təhsil ləğv ediləcək
-
Türkan Vəlizadəni “Yeraltı”nın aktrisasına bənzətdilər (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - (Foto)
-
"Evimdə isitmə cihazı yoxdur, gödəkçə ilə yatıram" - (Video)
-
İtkinlərin taleyi ilə bağlı Ermənistanın yerinə yetirmədiyi vədlər
-
Azərbaycanda əhalinin sayı 0,2 faiz artıb
-
"Ermənistan bu mövzuda tədbirlər keçirmək əvəzinə..."
-
Şərqə açılan yeni pəncərə: Azərbaycanın geosiyasi nüfuzu genişlənir - Məqalə





