Şou-biznes

“Avroviziya”da Azərbaycanı təmsil etmək istəyirəm" (Video)

20 Noyabr 2026 15:00
Baxış: 132
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Müğənni və bəstəkar Murad Arif ölkənin musiqi sahəsindəki inkişafı, eləcə də Azərbaycanın "Avroviziya" mahnı müsabiqəsindəki çıxışları ilə bağlı fikirlərini bölüşüb.

Milli.Az xəbər verir ki, sənətçi son illərdə beynəlxalq yarışmada arzulanan nəticələrin əldə olunmamasına baxmayaraq, yerli musiqi sənayesində irəliləyişin olduğunu düşünür.

Murad Arifin sözlərinə görə, 2007-2008-ci illərdən etibarən uzun müddət xarici bəstəkarlarla işləməyə üstünlük verilməsi yerli musiqiçilərin və bəstəkarların inkişafına mənfi təsir göstərib. O, bu əməkdaşlıqların yerli mütəxəssislərin formalaşması üçün imkanları məhdudlaşdırdığını vurğulayıb.

Bəstəkar özü də gələcəkdə "Avroviziya" səhnəsinə çıxmaq və beynəlxalq müsabiqədə Azərbaycanı təmsil etmək istəyini dilə gətirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.