İdman

Sabir Zeynalov dünya çempionu oldu

20 Noyabr 2026 13:49
Baxış: 127
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov dünya çempionu olub.

Milli.Az xəbər verir ki, idmançımız Cənubi Koreyanın Muju şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatında qızıl medala layiq görülüb.

K44 kateqoriyası üzrə 58 kiloqram çəkidə mübarizə aparan idmançımız 1/8 finalda hindistanlı Mohit Sinq, 1/4 finalda monqolustanlı Temirbek Kaulyet, yarımfinalda isə taypeyli Xiao Xianq-Ven üzərində qələbə qazanaraq finala yüksəlib.

20 yaşlı paralimpiyaçımız həlledici döyüşdə son Paralimpiya çempionu, Asaf Yasuru (İsrail) məğlub edərək dünya çempionu tituluna yiyələnib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.