Şou-biznes

“Param Yok Pulum Yok”un məşhur əkizləri illər sonra üzə çıxdı

20 Noyabr 2026 10:53
Baxış: 203
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

1970-ci illərdə "Param Yok Pulum Yok" mahnısı ilə geniş tanınan Meral və Zuhal əkizləri uzun fasilədən sonra yenidən diqqət mərkəzinə düşüblər.

Milli.Az xəbər verir ki, sənətə ilk addımlarını modelliklə atan bacılar sonradan musiqi dünyasına üz tutaraq "İkizler" adı altında çıxış etməyə başlayıblar. Daha sonra Meral-Zuhal kimi tanınan əkizlər sözügedən mahnı ilə böyük populyarlıq qazanıblar.

Lakin 1980-ci illərdə arabesk musiqinin ön plana çıxması və şou-biznesdə baş verən dəyişikliklər onların sənət fəaliyyətindən uzaqlaşmasına səbəb olub. Bacılar bundan sonra daha sakit həyat sürməyi seçiblər.

Hazırda İstanbulda yaşayan Meral və Zuhalın vaxtlarını küçə heyvanlarına qayğı göstərməyə həsr etməsi də diqqət çəkib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.