Cəmiyyət

Bakıda dayandırılan tikinti yenidən aparılır? - (Video)

20 Noyabr 2026 06:06
Baxış: 175
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Hasarlanmış ərazidə 1 aya yaxındır ki iş gedir, amma nə tikildiyi sakinlərə tam bəlli deyil...

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, görüntülər paytaxtın Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi 101 ünvanındandır.

Sosial şəbəkələrdə yayılan məlumatlarda isə ərazidə böyük ticarət mərkəzinin inşa ediləcəyi bildirilir. Sakinlər deyirlər ki, tikinti ərazisində hər hansı məlumatverici löhvə qoyulmayıb. Ərazidən torpaq daşıyan yük avtomobillərinin isə müəyyən edilmiş hərəkət saatı məhdudiyyətlərinə məhəl qoymadan fəaliyyət göstərdiyi iddia edilir.

Tikintinin sifarişçisini, hansı sənədlər əsasında həyata keçirildiyini öyrənmək üçün Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etdik. Bildirildi ki, ərazi xüsusi mülkiyyətdir. Çıxarışı olduğu deyilən  ərazinin sənədləri isə təqdim olunmadı...

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.