Ağdamın işğaldan azad edilməsindən 6 il ötür
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ağdamın işğaldan azad edilməsindən 6 il ötür.
Milli.Az-ın məlumatına görə, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da başa çatıb. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.
Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.
Bəyanatın 2-ci bəndinə əsasən, Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi 20 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasına qaytarılıb. Bununla da, Ağdamın 27 illik işğalına son qoyulub.
Bəyanatın 6-cı bəndinə əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib. Azərbaycan Ağdamın, eləcə də Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.
Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev 20 noyabr 2020-ci ildə xalqa müraciət edib. Prezident müraciətində Ağdam rayonunun işğaldan azad olunmasının noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsi olduğunu bildirib. Ağdam rayonunun işğaldan azad olunmasını tarixi hadisə adlandıran dövlət başçısı rayonun 73 faizinin 27 il işğal altında qaldığını qeyd edib.
Prezident İlham Əliyev vurğulayıb ki, Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olub. Ali Baş Komandan bəyan edib ki, Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 20 noyabr - Ağdam Şəhəri Günüdür.
Qeyd edək ki, Ağdamın işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında "Ağdamın azad olunmasına görə" medalı təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Ağdamın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.
Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənistan işğal müddətində Ağdam şəhərini və rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib. 2001-ci ildə işğal altında olan ərazilərə səfər edən məşhur amerikalı jurnalist və yazıçı Tomas de Vaal dağıdılmış məscidin minarəsindən ziyarət edərkən dağıntıların miqyasına görə, Ağdamı 1945-ci ildə ABŞ-ın atom bombası atması nəticəsində dağılmış Yaponiyanın Xirosima şəhərinə bənzədib. Bundan sonra Ağdam "Qafqazın Xirosiması" adlandırılıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyə dünyada ilkə imza atdı: "Kızılelma" silahlanmaya daxil oldu
-
Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı Gürcüstana başsağlığı verib
-
Mertin yeni serialının yayım tarixi açıqlandı
-
Tbilisidə binada partlayış - 6 nəfərin meyiti çıxarılıb - Yenilənib
-
Xəzər sahilində olan hansı obyektlər söküləcək? - (Video)
-
Qarakənd faciəsindən 35 il ötür
-
Günün qoroskopu: Məsuliyyətin və zəhmətin nəticə verdiyi dövrdəsiniz
-
Ağdamın işğaldan azad edilməsindən 6 il ötür
-
Təbrizdə azərbaycanlı hakim və ailə üzvlərinin qətl səbəbi məlum olub - (Foto)
-
“Azərbaycanla sülh müqaviləsi bir neçə gün ərzində imzalana bilər” - Simonyan
-
Azerbaijan Fashion Week: moda və kino arasında yaradıcı körpü - (Foto)
-
Super Liqada ulduzları geridə qoydu: zirvədəki ad təəccübləndirdi - (Foto)
-
Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından görüntülər paylaşıb - (Foto)
-
“Şevket” illər sonra - (Foto)
-
Mehmet Günsür və Devrim Özkan orqanlarını bağışladılar - (Foto)
-
Badamdarda sakinlərin təxliyəsi başladı - Yenilənib
-
Azərbaycan və Vyetnam bir sıra sənədlər imzalayacaqlar - (Video/Foto)
-
“RX Sərdaroğulları Holdinq”in direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
-
Qvardiola Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi olmaqdan imtiha etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Vəkil Orxan Kəngərli həbs olunub - Yenilənib
-
Qaxda yeniyetmənin idarə etdiyi avtomobil aşıb, 4 nəfər xəsarət alıb
-
Kvaratsxeliya "ilin adamı" seçildi
-
8 saatlıq yuxu qaydası dəyişir





