İran

Təbrizdə azərbaycanlı hakim və ailə üzvlərinin qətl səbəbi məlum olub - (Foto)

19 Noyabr 2026 23:33
Baxış: 152
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Təbrizdə azərbaycanlı hakim İbrahim Sadiqinin, həyat yoldaşının və kiçik oğlunun qətl səbəbi məlumn olub.

Milli.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, Şərqi Azərbaycan əyalətinin prokurorunun sözlərinə görə, qətlin icraçısı hakimin həyat yoldaşının qohumlarından biri olub.

Prokuror bildirib ki, bu cinayətin səbəbi ailə münaqişəsi olub və hücum edən şəxs ov silahından istifadə edərək hakimi və onun iki ailə üzvünü qətlə yetirib.

Məlumata görə, cinayəti törədən şəxs qətldən sonra intihara cəhd etsə də, sağ qalıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.