Ölkə

Bakıda iki gün bəzi yollarda hərəkət məhdudlaşdırılacaq, 6 marşrutun sxemi dəyişəcək

19 Noyabr 2026 19:03
Baxış: 181
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işləri ilə əlaqədar noyabrın 20-də gecə saatlarında Hava limanı şosesindən metronun "Koroğlu" stansiyası istiqamətində, Zığ döngəsi, Bülbülə-Əmircan döngəsi və "Komsomol" dairəsi ərazilərində, noyabrın 22-də isə gecə saatlarında metronun "Koroğlu" stansiyasından hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

AYNA-dan Milli.Az-öa verilən xəbərə görə, məhdudiyyət səbəbindən 20 noyabr saat 00:00-dan 06:00-dək 6 müntəzəm marşrutun hərəkət sxemi dəyişdiriləcək.

- H1 nömrəli avtobuslar şəhər istiqamətində Zığ şosesi - 8 Noyabr prospekti - Afiyəddin Cəlilov küçəsi - Puşkin küçəsi ilə;

- 140 və 150 nömrəli avtobuslar Zığ şosesi - Gəncə prospekti - Qara Qarayev prospekti ilə,

- 163, 189 və M8 nömrəli avtobuslar Mübariz İbrahimov, Əsildar Məmmədəliyev, Asif Əsədullayev, Yavər Əliyev və Bəşir Bünyadov küçələri ilə hərəkət edəcək.

22 noyabr saat 00:00-dan 05:45-dək 6 marşrutun hərəkəti yenidən alternativ küçələrlə təşkil ediləcək.

- 140, 150 və H1 nömrəli avtobuslar Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsinə daxil olmaqla Yavər Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmadəddin Nəsimi və Əli İsaqzadə küçələri ilə;

- 163, 189 və M8 nömrəli avtobuslar Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsinə daxil olmaqla Yavər Əliyev, Asif Əsədullayev küçələri ilə hərəkət edəcək.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.