Bəşir Süleymanlıya hökm oxundu - 7 il 6 ay həbs cəzası
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Vətəndaş Hüquqları" İnstitutunun rəhbəri Bəşir Süleymanlının barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunub, B.Süleymanlı 1 il vəzifə tutmaqdan məhrum etməklə 7 il 6 ay azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən iclasda prokuror təqsirləndirilənin 3 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.
İttihama görə, Bəşir Süleymanlı ABŞ-nin German Marşal Fondundan və digər fondlardan sosial məzmunlu layihələr keçirmək adı ilə ayrılan ümumilikdə 148 min manatdan artıq vəsaiti - qrantı mənimsəyib. O, bu əməli törədərkən Mehriban Rəhimli (ABŞ-nin German Marşal Fondunun Azərbaycan üzrə məsləhətçisi - red.) və digərləri ilə cinayət əlaqəsinə girərək vəzifə səlahiyyətlərindən sui-istifadə edib və alınmış qrantlar barədə müvafiq nazirliklərə məlumat verməyib.
QHT sədri elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Qeyd edək ki, Bəşir Süleymanlı bu ilin martında saxlanılıb və ona Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.
"İştirak Evi" MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar" Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
"Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Daha sonra cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi - hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə həbs edilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
265 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı
-
Bəşir Süleymanlıya hökm oxundu - 7 il 6 ay həbs cəzası
-
İsmayıllıda qanunsuz heyvan kəsiminin qarşısı alındı
-
"İnterturan" mebel mağazası niyə bağlandı?
-
Dörd nəfərin ölümünə səbəb olan sürücü 160 km/saat sürətlə hərəkət edib
-
“Dünya misli görünməmiş bu dəyişikliklərin yalnız başlanğıcındadır” - DTX rəis müavini
XƏBƏR LENTİ
-
265 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı
-
Ermənistanda dövlət qulluqçularına sosial paket verilməsi dayandırılır
-
Azərbaycanlı aktrisanın qazancı "dodaq uçuqlatdı": 135 min manat...
-
Bəşir Süleymanlıya hökm oxundu - 7 il 6 ay həbs cəzası
-
Baqrat Qalstanyanın ev dustaqlığı uzadıldı
-
Məktəblərdə riyaziyyat fənni yenilənir
-
Avropa Komissiyasına kiberhücum: Şəxsi məlumatlar təhlükə altına düşdü
-
“Real” braziliyalı ulduzunu 60 milyona satmağa hazırdır
-
İranın ağası və... dığası - Yunus Oğuz yazır
-
Təzyiq xəstələrinə şad xəbər - Dərmanlar pulsuz olacaq
-
İsmayıllıda qanunsuz heyvan kəsiminin qarşısı alındı
-
Nazilə Səfərli: “Mənə çox ayıb olsun ki, gec tanımışam” (Foto)
-
"İnterturan" mebel mağazası niyə bağlandı?
-
“Santa Barbara”nın aktyorunu maşın vurub öldürdü
-
Bakıya leysan yağacaq - Bu tarixdə
-
53 yaşlı Aişvariya Ray illərə meydan oxuyur – Gözəlliyi diqqət çəkdi - (Video)
-
Məleykə Abbaszadə BDU-da nələri dəyişəcək?
-
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini təqdim edib - (Foto)
-
Pakistanda dəhşətli qəza: Avtobus yanacaq çəni ilə toqquşdu, 10 nəfər öldü
-
Türkiyəli vizajist Trampın qızını makiyaj etdi - (Video)
-
Yeni Yasamalda "yarımçıq məktəb"in yerində nə tikiləcək?
-
Türkiyədə məscidi ildırım vurdu
-
AzTV-də ciddi dəyişikliklər olacaq
-
İrandan region ölkələrinə xəbərdarlıq: Əraziləriniz ABŞ-a açıq olmasın





