“Dünya misli görünməmiş bu dəyişikliklərin yalnız başlanğıcındadır” - DTX rəis müavini
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ən müasir hücumlar sərhədləri, yoxsa serverləri keçəcək?! Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır".
Milli.Az xəbər verir ki, bu sözləri Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Həsən Mansurov Kiberdiplomatiya üzrə ll Beynəlxalq Konfransda bildirib.
O qeyd edib ki, Beynəlxalq münasibətlərdə güc ənənəvi olaraq hərbi, iqtisadi və siyasi imkanlarla müəyyən edilirdi: "İndi isə həmin amillərlə yanaşı, informasiya resurslarına nəzarət, texnoloji potensial, rəqəmsal infrastrukturun dayanıqlılığı və kiberməkanda milli maraqların müdafiəsi də strateji əhəmiyyət daşıyır.
Son illərdə ölkələrin enerji infrastrukturları iri miqyaslı kiberhücumlarla üzləşir. Kiber və texnoloji imkanlar geosiyasi təzyiq vasitəsinə, geosiyasi motivli kiberhücumlar isə adi statistikaya çevrilib. Beynəlxalq sorğu hesabatlarına görə, təşkilatların 64 faizi geosiyasi motivli kiberhücumları öz risk strategiyalarında nəzərə alır.
Süni intellekt texnologiyalarına, böyük hesablama resurslarına və məlumat infrastrukturlarına çıxışı məhdud olan dövlətlər xarici texnoloji platformalardan daha çox asılı vəziyyətə düşə bilərlər. Real seçim etibarlı qlobal tərəfdaşlıq mexanizmlərinin yaradılmasıdır".
H.Mansurov vurğulayıb ki, hazırda həm BMT-nin, həm də Avropa Şurasının kibercinayətkarlığa qarşı konvensiyalarını ratifikasiya etmiş yeganə dövlət Azərbaycandır: "Azərbaycanın körpü diplomatiyası təcrübəsi dünyada unikal istinad mənbəyinə çevrilib və bu, kiberdiplomatiyanı da əhatə edir".
Qeyd edək ki, Bakı "Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans Azərbaycan 2026: Süni intellekt dövründə güc və təsir" (International Conference on Cyber Diplomacy Azerbaijan 2026: Power and Influence in the Age of AI) adlı yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi edir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paytaxtın daha üç rayonunda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirildi - (Foto)
-
“Dünya misli görünməmiş bu dəyişikliklərin yalnız başlanğıcındadır” - DTX rəis müavini
-
Hikmət Hacıyevdən Ermənistana çağırış
-
Fuad Əbdürrəhmanov “Xalq Əmanəti” layihəsinin 27-ci nəşrində - (Foto)
-
Xəzərsahili qanunsuz obyektlər söküləcək? - Açıqlama
-
Bakı Şəhər İcra Hakimiyyətində yeni şöbə yaradıldı - Müdir təyin edildi
-
Tanınmış xanəndələr yol nişanlarını tanımaqda çətinlik çəkdilər - (Video)
-
Azərbaycanda şagirdlərin sayı azalıb
-
Məşhur İtaliya klubu itlə müqavilə imzaladı
-
Bakıda 15 yaşlı oğlan bıçaqlandı
-
Şamaxinkadakı lift nə vaxt işləyəcək?
-
Nərman Qocatürkün meyiti tapıldı
-
Lətafət Ələkbərova: ""Gel"lər məni narahat edirdi, üzgərmə əməliyyatı etdirdim" - (Video)
-
Pensiyaların veriləcəyi tarix açıqlandı
-
Azərbaycanda qadın rektorların idarə etdiyi universitetlər - Adlar
-
ABŞ-də sistemlər çökür: Minlərlə uçuş ləğv edildi, banklar sıradan çıxdı
-
BDU-nun yeni rektoru Məleykə Abbaszadə kimdir? - Dosye
-
Alim Qasımovun ifası GTA 6-da - (Video)
-
Azərbaycanda zəlzələ oldu
-
Aysun İsmayılova: “İndi nə istəyirəm geyinirəm, hara istəyirəmsə, gedirəm” (Video)
-
Alen Simonyan Azərbaycana gələcək
-
Bakıda iki gün bu yollar bağlanacaq
-
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Bakıya səfər edib
-
Nəfəs əcnəbi musiqiçiləri heyran etdi - (Video)





