İdman

"Mançester Yunayted" FIFA-ya şikayət edəcək

19 Noyabr 2026 09:41
Baxış: 146
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Mançester Yunayted" gənc hücumçusu Cey-Cey Qabrielin komandadan getməsi ilə bağlı hüquqi addım atmağa hazırlaşır.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə klubunun bu məsələ ilə əlaqədar FIFA-ya şikayət ünvanlamaq ehtimalını dəyərləndirdiyi bildirilir.

"The Times" nəşrinin yaydığı məlumata görə, Mançester təmsilçisi ötən yay bəzi klubların nümayəndələrinin icazə almadan futbolçunun yaxınları ilə təmasa keçdiyindən şübhələnir. Bu iddiaları təsdiqləyən dəlillər toplanarsa, klub məsələni FIFA-nın diqqətinə çatdıracaq.

Xatırladaq ki, Cey-Cey Qabriel ötən gün sosial şəbəkə hesabında vida videosu yayımlayaraq "Mançester Yunayted"dən ayrıldığını elan edib. 16 yaşlı futbolçunun 2027-ci ilin yanvarında "Real"a keçəcəyi gözlənilir. Tərəflərin keçidlə bağlı şifahi razılığa gəldiyi qeyd olunur.

Qabriel 2020-ci ildən "qırmızı şeytanlar"ın akademiyasında çıxış edirdi.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.