8 saatlıq yuxu norması tarixə qovuşur?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Böyüklərin gündə ən azı 8 saat yatmalı olduğu ilə bağlı geniş yayılmış fikir yenidən müzakirə mövzusuna çevrilib. Yeni araşdırmalar yuxu müddətinin hər kəs üçün eyni olmadığını göstərir.
Milli.Az xəbər verir ki, "Brain Medicine" elmi jurnalında müxtəlif tədqiqatların nəticələrinə əsaslanan məqalə dərc olunub. Məqalədə vurğulanıb ki, bəzi insanlar üçün 6 saatlıq keyfiyyətli yuxu da kifayət edə bilər.
ABŞ Milli Yuxu Fondu 26-64 yaş aralığındakı böyüklərə gündə 7-9 saat yatmağı tövsiyə edir. Bununla yanaşı, bəzi insanlar üçün 6-10 saatlıq yuxunun da uyğun ola biləcəyi bildirilir.
Araşdırmalara görə, yuxu sağlamlığını müəyyən edən yeganə amil onun müddəti deyil. Süni işıq bioloji saatın fəaliyyətinə təsir göstərərək yuxuya getmə və oyanma vaxtını gecikdirə bilər. Xüsusilə növbəli iş rejimində çalışanlar və universitet tələbələri arasında müşahidə olunan nizamsız yuxu sağlamlıq problemləri ilə əlaqələndirilir.
Tədqiqatlar həftə ərzində itirilən yuxunun bir hissəsini həftəsonu kompensasiya etməyin heç yatmamaqdan daha yaxşı ola biləcəyini göstərir. Bu baxımdan həm yuxu rejiminin sabitliyi, həm də həftə ərzində toplanan ümumi yuxu müddəti əhəmiyyət daşıyır.
Məqalədə istinad edilən araşdırmalara əsasən, ovçu-yığıcı icmaların nümayəndələri gecələr orta hesabla 5,7-7,1 saat, sənayeləşmədən əvvəlki cəmiyyətlərdə yaşayan insanlar isə təxminən 6,4 saat yatırlar.
Beyin və bədən göstəriciləri əsasında aparılan hesablamalarda ideal yuxu müddətinin 6,4-7,8 saat arasında ola biləcəyi ehtimal edilir.
Araşdırmalar həm az, həm də normadan artıq yatmağın ürək xəstəlikləri, insult, idrak qabiliyyətinin zəifləməsi və piylənmə ilə əlaqəli olduğunu ortaya qoyub. Bununla belə, uzun müddət yatmağın bu xəstəliklərə səbəb olduğu, yoxsa onların ilkin əlaməti sayıldığı hələ dəqiq müəyyən edilməyib. (axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
8 saatlıq yuxu norması tarixə qovuşur?
-
Təkbuynuzlu ceyran görənləri təəccübləndirdi - (Video)
-
Hər gün toyuq əti yemək bədəndə nəyi dəyişdirir? 6 əsas təsir
-
Banka pul qoyanlar üçün güzəşt ləğv edilir - (Video)
-
Günün qoroskopu: İntuisiyanız bu gün ən güclü silahınız olacaq
-
İşlənmiş telefon alanda bu kodu mütləq yoxlayın - Oğurluq olub-olmadığını öyrənəcəksiniz
XƏBƏR LENTİ
-
8 saatlıq yuxu norması tarixə qovuşur?
-
Təkbuynuzlu ceyran görənləri təəccübləndirdi - (Video)
-
"Başımdakı tük qədər mənimlə ailə qurmaq istəyən insan var" - Mətanət Əsədova
-
Hər gün toyuq əti yemək bədəndə nəyi dəyişdirir? 6 əsas təsir
-
Tural Əlizadəyə vəzifə verildi
-
"Ürəyim istəyəni oxumadım, toylara qaçdım" - Nüşabə Ələsgərli
-
Banka pul qoyanlar üçün güzəşt ləğv edilir - (Video)
-
Günün qoroskopu: İntuisiyanız bu gün ən güclü silahınız olacaq
-
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub
-
İşlənmiş telefon alanda bu kodu mütləq yoxlayın - Oğurluq olub-olmadığını öyrənəcəksiniz
-
"Nənəmin təndiri"ndə yanğın oldu
-
Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - (Video)
-
Gülarənin qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub - (Video)
-
Vatsapda yeni "bənövşəyi" funksiya - (Foto)
-
Azərbaycanın daha 4 boksçusu U-23 Avropa çempionatında mərhələ adlayıb - (Foto)
-
“Azərbaycanla sülh müqaviləsi imzalanmadan getmək niyyətində deyiləm” - Paşinyan
-
"Lexus"la piyadanı vurub öldürən qadının kimliyi məlum oldu
-
Bakıda 17 yaşlı oğlan bıçaqlandı
-
Karyeraları boyu qırmızı vərəqə almayan futbol əfsanələri
-
Qazaxda ağır qəzada həlak olan ata və azyaşlı qızının fotosu - Yenilənib
-
Farah Zeynep Abdullahın burnu sındı - (Foto)
-
"La Scala"dan tutmuş sənətkarın unikal səsinə kimi - Kanadadan olan Vaqif Kərimovla müsahibə - (Foto/Video)
-
Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar
-
Ceyhun Bayramov ABŞ nümayəndəsi ilə Strateji Tərəfdaşlıq Xartiyası və TRIPP layihəsini müzakirə edib - (Foto)





