İşlənmiş telefon alanda bu kodu mütləq yoxlayın - Oğurluq olub-olmadığını öyrənəcəksiniz
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni smartfonların qiymətinin artması insanları daha çox işlənmiş və ya yenilənmiş telefonlara üstünlük verməyə sövq edir. Lakin ikinci əl telefon almaq müəyyən risklərlə müşayiət olunur. Alıcılar bəzən bilmədən oğurlanmış, itirilmiş və ya mobil şəbəkələrdə istifadəsi məhdudlaşdırılmış cihaz əldə edə bilirlər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, telefon almamışdan əvvəl onun xarici görünüşünü və texniki vəziyyətini yoxlamaqla kifayətlənmək olmaz. Ən vacib addımlardan biri cihazın IMEI kodunu yoxlamaqdır.
IMEI nədir və nə üçün lazımdır?
IMEI mobil cihazları tanımaq üçün istifadə edilən 15 rəqəmli identifikasiya nömrəsidir.
Bu kod vasitəsilə mobil operatorlar cihazı şəbəkədə müəyyənləşdirə bilirlər. Telefon itirildikdə və ya oğurlandıqda onun IMEI nömrəsi əsasında şəbəkədə istifadəsinə məhdudiyyət qoyulması mümkündür.
Buna görə də ikinci əl telefon alarkən IMEI kodunun yoxlanılması cihazın mənşəyi və istifadə imkanları barədə əlavə məlumat əldə etməyə kömək edir.
Telefonun IMEI kodunu necə öyrənmək olar?
Bunun ən sadə üsulu telefonun zəng bölməsinə daxil olaraq *#06# kombinasiyasını yığmaqdır. Bundan sonra cihazın IMEI nömrəsi ekranda görünəcək.
Kodu smartfonun parametrlər bölməsindən, orijinal qutusundan və bəzi hallarda alış sənədlərindən də öyrənmək mümkündür.
İki SIM kart dəstəkləyən telefonlarda birdən çox IMEI nömrəsi ola bilər. Belə cihazlarda hər iki nömrənin yoxlanılması məqsədəuyğundur.
Satıcı IMEI kodunu gizlədirsə, diqqətli olun
Mütəxəssislər bildirirlər ki, satıcının IMEI nömrəsini təqdim etməkdən imtina etməsi şübhə doğura bilər.
Bu, telefonun oğurlanmış, itirilmiş və ya başqa səbəbdən bloklanmış olması ehtimalını istisna etməyə imkan vermir.
IMEI kodunun özü telefona uzaqdan daxil olmaq və ya onu sındırmaq üçün kifayət etmir. Bununla belə, həmin nömrəni açıq internetdə paylaşmaq əvəzinə, etibarlı alıcı ilə şəxsi yazışmada bölüşmək daha məqsədəuyğundur.
Oğurluq telefonu necə müəyyən etmək olar?
IMEI nömrəsini əldə etdikdən sonra onu müvafiq yoxlama xidmətlərində araşdırmaq mümkündür.
Məsələn, "imei.info" kimi platformalar cihazın modeli və bəzi texniki məlumatları barədə informasiya təqdim edir. "Apple Check Coverage" və "Xiaomi Product Authentication" xidmətləri isə istehsalçıdan asılı olaraq cihazın orijinallığı, zəmanəti və digər məlumatları yoxlamağa kömək edə bilər.
Lakin bu xidmətlərin hamısı telefonun oğurluq olub-olmadığını göstərmir. Bunun üçün müvafiq ölkənin mobil operatorlarının və ya səlahiyyətli qurumlarının bloklanmış cihazlar barədə məlumat bazalarından istifadə etmək lazımdır.
Azərbaycanda IMEI kodunu necə yoxlamaq olar?
Azərbaycanda işlənmiş telefon alan şəxslər cihazın IMEI qeydiyyat statusunu my.gov.az portalındakı müvafiq xidmət vasitəsilə yoxlaya bilərlər.
Bu yoxlama telefonun ölkədə qeydiyyat vəziyyətini müəyyənləşdirməyə kömək edir. Ancaq cihazın qeydiyyatda olması onun oğurluq olmadığını tam sübut etmir.
Mütəxəssislər alıcılara IMEI nömrəsini yoxlamaqla yanaşı, telefonun alış sənədlərini tələb etməyi, cihazdakı əvvəlki sahibin hesablarının silindiyinə əmin olmağı və mümkün olduqda alqı-satqını sənədləşdirməyi tövsiyə edirlər. (lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
İşlənmiş telefon alanda bu kodu mütləq yoxlayın - Oğurluq olub-olmadığını öyrənəcəksiniz
-
Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - (Video)
-
Gülarənin qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub - (Video)
-
Vatsapda yeni "bənövşəyi" funksiya - (Foto)
-
Dənizdə batan 20 yaşlı Nəsrəddinin fotosu - Yenilənib - (Video)
-
Narkotik əməliyyatlarında həbs edilənlər var - (Video)
XƏBƏR LENTİ
-
İşlənmiş telefon alanda bu kodu mütləq yoxlayın - Oğurluq olub-olmadığını öyrənəcəksiniz
-
Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - (Video)
-
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub
-
Gülarənin qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub - (Video)
-
Vatsapda yeni "bənövşəyi" funksiya - (Foto)
-
Azərbaycanın daha 4 boksçusu U-23 Avropa çempionatında mərhələ adlayıb - (Foto)
-
“Azərbaycanla sülh müqaviləsi imzalanmadan getmək niyyətində deyiləm” - Paşinyan
-
"Lexus"la piyadanı vurub öldürən qadının kimliyi məlum oldu
-
Bakıda 17 yaşlı oğlan bıçaqlandı
-
Karyeraları boyu qırmızı vərəqə almayan futbol əfsanələri
-
Qazaxda ağır qəzada həlak olan ata və azyaşlı qızının fotosu - Yenilənib
-
Farah Zeynep Abdullahın burnu sındı - (Foto)
-
"La Scala"dan tutmuş sənətkarın unikal səsinə kimi - Kanadadan olan Vaqif Kərimovla müsahibə - (Foto/Video)
-
Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar
-
Ceyhun Bayramov ABŞ nümayəndəsi ilə Strateji Tərəfdaşlıq Xartiyası və TRIPP layihəsini müzakirə edib - (Foto)
-
Azərbaycana nərə kürüsü gətirmək bahalaşacaq
-
Mbappedən Arda ilə bağlı paylaşım
-
Timati 1,5 milyardlıq avtomobil aldı - (Foto)
-
Polşa prezidentindən Trampa qeyri-adi ad günü hədiyyəsi - (Foto)
-
Sabah Qəbələdə qaz olmayacaq
-
Generalın qızı ilə bağlı qərar verilib
-
İmamoğlu da daxil olmaqla 9 nəfərə həbs cəzası verilib
-
Tanınmış rus bloger İslamı qəbul etdi
-
Dənizdə batan 20 yaşlı Nəsrəddinin fotosu - Yenilənib - (Video)





