2026-cı ilin sözü bəlli oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Cambridge" lüğəti 2026-cı ilin sözünü açıqlayıb. İlin sözü "human" (insan) seçilib.
Milli.Az xəbər verir ki, lüğətdə bu söz heyvanlardan və maşınlardan fərqli olaraq, insanlara məxsus keyfiyyətlərə, duyğulara və qüsurlara sahib olmaq kimi izah edilir.
"Cambridge" lüğətinin leksikoqrafı Kolin Makintoş bildirib ki, süni intellekt texnologiyalarının sürətli inkişafı insanların insan olmağın mahiyyəti barədə düşüncələrinə təsir göstərir.
Onun sözlərinə görə, düşünmə proseslərinin süni intellektə həvalə edilməsi bu texnologiyaya nə dərəcədə etibar edilməli olduğu ilə bağlı suallar yaradır. "Human-made" (insan tərəfindən yaradılmış) ifadəsinin daha geniş istifadə olunması isə insan əməyini süni intellektin hazırladığı məhsullardan fərqləndirmək istəyini əks etdirir.
"Microsoft"un qurucusu Bill Qeyts də ilin sözü seçimi ilə bağlı fikirlərini bölüşüb. O qeyd edib ki, süni intellekt xəstəliklərin müalicəsi, təhsilin inkişafı və insanların vaxtlarını daha faydalı işlərə ayırması üçün böyük imkanlar yarada bilər.
Qeytsin fikrincə, süni intellektin uğuru insanların həyatını nə dərəcədə yaxşılaşdırması ilə qiymətləndirilməlidir.
İlin sözü adına "agent", "wholesome" və "analogue" sözləri də namizəd olub. Lüğətə əlavə edilən yeni ifadələr arasında isə sosial şəbəkələrdə populyarlaşan "aura farming" və "looksmaxxing" terminləri yer alıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mata 38 yaşında karyerasını bitirdi
-
2026-cı ilin sözü bəlli oldu
-
Qızı Aslan Fətullayevin məzarından paylaşım etdi: "Məni yanına apar" FOTO
-
Yanacaq doldurdu, amma şlanqı ayırmağı unutdu - Magistral yolda təhlükəli anlar - (Video)
-
Zaur Baxşəliyev illər sonra həmin o evə döndü (Video)
-
Məktəblər qışa hazırdırmı? - Agentlikdən açıqlama
-
Tramp Çinə getdi - (Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb
-
Azərbaycan FIFA reytinqində üç pillə irəlilədi
-
Qəbələdə həmkəndlisinin qulağını dişləyib qopardı
-
Həkim 2 il xərçəngi aşkarlaya bilmədi: Ailəsinə 7,8 milyon dollar ödəniləcək
-
Sumqayıtda 20 yaşlı gənc dənizdə batdı (Video)
-
28 yaşlı aktyor 82 yaşlı rəssam sevgilisi ilə
-
Tanınmış aparıcı DOST-da rəhbər vəzifəyə təyin edildi
-
Ortağınız payını satırsa, sizə hansı hüquqlar verilir? – Mülki Məcəllədə yeniliklə bağlı AÇIQLAMA
-
Ardaya La Liqada heç kim çata bilmir (Foto)
-
Azərbaycanda qazlı içkilər bahalaşa bilər - Yeni vergi gəlir
-
Ögey qardaşı tərəfindən qətlə yetirilən Gülarənin son paylaşımı - (Foto)
-
Qərbi Kaspi Universiteti iki göstərici üzrə Azərbaycanda birinci oldu - (Foto)
-
Türkan Vəlizadənin ChatGPT ilə "imtahanı" (Video)
-
Bakıda qəzada ölən kuryer son mənzilə belə yola salındı - (Video)
-
“Range Rover gətirəcəyəm” deyib 261 min manat aldı - Saxlanıldı
-
Gülarənin ögey qardaşı onunla eyni universitetdə təhsil alırmış - (Yenilənib/Foto)
-
Sabah yağış yağacaq, qara keçəcək - Proqnoz





