Məktəblər qışa hazırdırmı? - Agentlikdən açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Noyabrın 15-dən etibarən ölkə üzrə istilik mövsümünə başlanılması ilə əlaqədar təhsil müəssisələrinin hazırlığı istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Hazırda bu yöndə işlər davam etdirilir.
Milli.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜDTA) məlumat verilib.
Bildirilib ki, hazırlıq işləri çərçivəsində təhsil müəssisələrinin istilik sistemlərinin mövcud vəziyyəti araşdırılıb, müvafiq qurumlarla birgə qazanxana və istilik sistemlərinin texniki sazlığı yoxlanılıb:
"Aşkar edilən və yarana biləcək nasazlıqların aradan qaldırılması istiqamətində zəruri addımlar atılıb. Hazırda 214 məktəb, 151 məktəbəqədər təhsil müəssisəsində istilik təminatı mərkəzləşdirilmiş şəkildə təşkil olunur.
Odun yanacağından istifadə edən bütün təhsil müəssisələrində pellet yanacağına keçid təmin edilib, ümumilikdə 1438 müəssisə üçün 9209 pellet sobası təchiz olunub.
176 təhsil müəssisəsində qazlaşdırma işlərinə başlanılıb. Onlardan 144-də işlər tamamlanıb, 32 müəssisədə isə davam etdirilir. Qazlaşdırılma prosesi yekunlaşmayan 32 müəssisədə alternativ istilik təmin edən avadanlıqlar vasitəsilə istilik təmin edilməkdədir.
Bununla yanaşı, cari ildə 743 təhsil müəssisəsində istilik sisteminin təmiri həyata keçirilib. İstilik mövsümü ərzində gündəlik əsasda yarana biləcək texniki problemlərin operativ həlli, təhsil müəssisələrinin mövcud istilik sistemlərindəki nasazlıqların aradan qaldırılması məqsədilə regionlarda aidiyyəti qurumlarla birlikdə xüsusi qruplar yaradılıb.
Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır. Təhsil müəssisələrində istilik təminatının dayanıqlı təşkili, mövcud çatışmazlıqların aradan qaldırılması və istilik mövsümü ərzində yarana biləcək problemlərə vaxtında müdaxilə edilməsi istiqamətində tədbirlər mövsümboyu davam etdiriləcək", - məlumatda qeyd olunub.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Yanacaq doldurdu, amma şlanqı ayırmağı unutdu - Magistral yolda təhlükəli anlar - (Video)
-
Məktəblər qışa hazırdırmı? - Agentlikdən açıqlama
-
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb
-
anınmış aparıcı DOST-da rəhbər vəzifəyə təyin edildi
-
Ortağınız payını satırsa, sizə hansı hüquqlar verilir? – Mülki Məcəllədə yeniliklə bağlı AÇIQLAMA
-
Ögey qardaşı tərəfindən qətlə yetirilən Gülarənin son paylaşımı - (Foto)
XƏBƏR LENTİ
-
Qızı Aslan Fətullayevin məzarından paylaşım etdi: "Məni yanına apar" FOTO
-
Yanacaq doldurdu, amma şlanqı ayırmağı unutdu - Magistral yolda təhlükəli anlar - (Video)
-
Zaur Baxşəliyev illər sonra həmin o evə döndü (Video)
-
Məktəblər qışa hazırdırmı? - Agentlikdən açıqlama
-
Tramp Çinə getdi - (Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb
-
Azərbaycan FIFA reytinqində üç pillə irəlilədi
-
Qəbələdə həmkəndlisinin qulağını dişləyib qopardı
-
Həkim 2 il xərçəngi aşkarlaya bilmədi: Ailəsinə 7,8 milyon dollar ödəniləcək
-
Sumqayıtda 20 yaşlı gənc dənizdə batdı (Video)
-
28 yaşlı aktyor 82 yaşlı rəssam sevgilisi ilə
-
anınmış aparıcı DOST-da rəhbər vəzifəyə təyin edildi
-
Ortağınız payını satırsa, sizə hansı hüquqlar verilir? – Mülki Məcəllədə yeniliklə bağlı AÇIQLAMA
-
Ardaya La Liqada heç kim çata bilmir (Foto)
-
Azərbaycanda qazlı içkilər bahalaşa bilər - Yeni vergi gəlir
-
Ögey qardaşı tərəfindən qətlə yetirilən Gülarənin son paylaşımı - (Foto)
-
Qərbi Kaspi Universiteti iki göstərici üzrə Azərbaycanda birinci oldu - (Foto)
-
Türkan Vəlizadənin ChatGPT ilə "imtahanı" (Video)
-
Bakıda qəzada ölən kuryer son mənzilə belə yola salındı - (Video)
-
“Range Rover gətirəcəyəm” deyib 261 min manat aldı - Saxlanıldı
-
Gülarənin ögey qardaşı onunla eyni universitetdə təhsil alırmış - (Yenilənib/Foto)
-
Sabah yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Samuxda ağır qəza - Ölən və xəsarət alan var - (Yenilənib/Video)
-
Trampa sui-qəsd planına görə 27 il həbs cəzası aldı





