Maraqlı

Həkim 2 il xərçəngi aşkarlaya bilmədi: Ailəsinə 7,8 milyon dollar ödəniləcək

18 Noyabr 2026 14:18
Baxış: 185
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ-də tibbi səhlənkarlıqla bağlı məhkəmə prosesi milyonlarla dollarlıq təzminat qərarı ilə yekunlaşıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Oreqon ştatının Portlend şəhərində keçirilən məhkəmədə 51 yaşlı Vendi Luinin (Wendi Lui) ölümündə həkimin məsuliyyəti araşdırılıb. Ağciyər xərçəngindən dünyasını dəyişən qadının xəstəliyinə dair əlamətlərin 2018 və 2019-cu illərdə aparılan müayinələr zamanı müşahidə olunduğu, lakin həkimin bunu vaxtında müəyyən edə bilmədiyi üzə çıxıb.

Məhkəmə tibbi səhlənkarlıqla bağlı qərar qəbul edərək mərhumun ailəsinə 7,8 milyon dollar təzminat ödənilməsinə hökm verib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.