Maykl Ceksonun məşhur gödəkçəsinə 8,5 milyon dollar təklif edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Amerikalı müğənni Maykl Ceksonun 100-dən çox şəxsi əşyası hərraca çıxarılıb. Satışa təqdim olunan əşyalar arasında sənətçinin 1986-cı ildə qazandığı "American Music Awards" mükafatının heykəlciyi də var.
Milli.Az TASS-a istinadən xəbər verir ki, hərrac "Julien's Auctions" tərəfindən təşkil olunur.
Hərrac evinin saytında yer alan məlumata görə, ən yüksək qiymətləndirilən lot müğənninin 1983-cü ildə çəkilən "Thriller" klipində geyindiyi qırmızı dəri gödəkçədir. Hazırda bu əşya üçün verilən ən yüksək təklif 8,5 milyon dollara çatıb.
"American Music Awards" mükafatının heykəlciyinə isə 30-dan çox təklif verilib. Son təklifin məbləği 7 min dollar təşkil edir.
Ümumilikdə, hərracda 110 lot satışa çıxarılıb. Onların böyük hissəsini Maykl Ceksonun səhnə geyimləri, kliplərində istifadə etdiyi paltarlar və müxtəlif aksesuarlar təşkil edir.
Hərrac dekabrın 7-dən 9-dək Əbu-Dabidə keçiriləcək "Julien's Celebrity & Pop Culture Experience" tədbiri çərçivəsində baş tutacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Maykl Ceksonun məşhur gödəkçəsinə 8,5 milyon dollar təklif edildi
-
Rusiyadan Fransaya hədə dolu mesaj
-
Sardiniyada qadınların 100 yaşa çatma ehtimalı dörd dəfə yüksəkdir
-
Simpsonların işarə etdiyi gün gəlib çatdı! Dünyanı qaranlıq gözləyir? - (Foto)
-
ABŞ Milli Təhlükəsizlik Agentliyi məxfi şəbəkəsində nasazlıq yarandığını təsdiqləyib
-
Putinin tərcüməçisi ABŞ rəsmiləri ilə görüşə damğa vurdu - (Video)
XƏBƏR LENTİ
-
Maykl Ceksonun məşhur gödəkçəsinə 8,5 milyon dollar təklif edildi
-
Azərbaycanda ikinci əl avtomobillərin satış qaydası dəyişir
-
Marketlərdə satılan çipslərlə bağlı yeni qərar
-
Könül Xasıyevanın PUB-da çıxışı müzakirə yaratdı – (Video)
-
Almaniya Ermənistanla sülh istiqamətində addımlarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Almaniya XİN Ukraynaya göstərilən humanitar yardımlara görə Azərbaycana təşəkkür edib
-
Keşlə yağış kollektorunda bərpa və yenidənqurma işləri yekunlaşmaq üzrədir - (Foto)
-
Yeni il gecəsi üçün 2100 manat - Azərbaycanda hotel qiymətləri
-
Azərbaycanda 349 min nəfər sosial yardım alır
-
Bakıda 58 yaşlı kişi dostunun evində ölü tapıldı
-
Xalq artistinin Zaur Baxşəliyevin muğam ifasına reaksiyası (Video)
-
Azərbaycanda qızıl-zinət bazarında qiymətlər necədir? - AÇIQLAMA
-
Bakıda məşhur xəstəxana sökülür - (Video)
-
Qobustanda top mərmisi tapıldı - (Video)
-
Futbol matçında ağır zərbə alan gənc oyunçu öldü - Anbaan video
-
Murat Yıldırım gənc qızı avtobus altında qalmaqdan xilas etdi - (Video)
-
Azərbaycanda pensiyalar 10,3 faiz artdı
-
Samuxda ağır qəza - Ölən və xəsarət alan var
-
Bakıda gənc rəssamın qətli ilə bağlı yeni detallar - (Foto)
-
Portuqaliya yığmasında daha bir gərginlik: O da millinin düşərgəsini tərk etdi
-
Mərkəzi Bankın keçmiş binası ilə bağlı yeni qərar
-
Mərdəkanda yataqxana binası yandı - (Video)
-
Əməkdar artist geyimlərini satışa çıxarır – Mağaza açacaq
-
"Qələbə" dairəsində yenilik - (Video)





