Ölkə

Yeni il gecəsi üçün 2100 manat - Azərbaycanda hotel qiymətləri

18 Noyabr 2026 11:21
Baxış: 74
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanda 2027-ci ilin gəlişini hotellərdə qarşılamaq istəyənlər üçün bayram paketlərinin qiymətləri açıqlanıb. İki nəfərlik istirahətin qiyməti 790 manatdan başlayaraq 2100 manatadək dəyişir.

Milli.Az-ın araşdırmasına görə, Yeni il münasibətilə paytaxtda və bölgələrdə yerləşən hotellər xüsusi istirahət və əyləncə proqramları hazırlayıblar.

Təklif olunan paketlərin əksəriyyəti 31 dekabr 2026-cı il - 2 yanvar 2027-ci il tarixlərini, yəni 2 gecə və 3 günlük istirahəti əhatə edir.

Bəzi hotellərin elan etdiyi qiymətlər belədir:

Gabala Garden Hotel (Qəbələ) - 2 nəfər üçün 2 gecəlik, 3 günlük istirahət 932 manata təklif olunur.

Lankaran Springs Wellness Resort (Lənkəran) - 2 nəfərlik 2 gecəlik, 3 günlük paketin qiyməti 1500 manatdır. Təklifə gündə 3 dəfə qidalanma daxildir.

Qafqaz Riverside Hotel (Qəbələ) - 2 nəfər üçün 2 gecəlik, 3 günlük istirahət paketi 1677 manatdır. Qiymətə səhər yeməkləri, Yeni il qala gecəsi və qala şam yeməyi daxildir.

Qafqaz Tufandag Mountain Resort Hotel (Qəbələ) - 2 nəfərlik 2 gecəlik, 3 günlük paketin qiyməti 1788 manatdır. Paketə səhər yeməyi, Yeni il qala gecəsi və qala şam yeməyi daxildir.

Marxal Resort & Spa (Şəki) - 2 nəfər üçün 2 gecəlik, 3 günlük istirahət paketi 1850 manatdır. Təklifə səhər və şam yeməkləri, həmçinin Yeni il qala gecəsi daxildir.

Şabran Wellbeing Resort (Şabran) - 2 nəfərlik 1 gecəlik, 2 günlük paketin qiyməti 1490 manatdan başlayır.

Basqal Resort & Spa (İsmayıllı) - 2 nəfər üçün 2 gecəlik, 3 günlük istirahət 1820 manatdan başlayır.

Laçın Resort & Spa (Laçın) - 2 nəfərlik 2 gecəlik, 3 günlük bayram paketinin qiyməti 1660 manatdır.

Shamakhi Palace Sharadil (Şamaxı) - 2 nəfər üçün 31 dekabr - 2 yanvar tarixlərini əhatə edən 2 gecəlik, 3 günlük paketin qiyməti 1980 manatdır. Təklifə gündə 3 dəfə qidalanma və içkilər daxildir.

Quba Palace Hotel & Golf Resort (Quba) - 2 nəfər üçün 2 gecəlik, 3 günlük Yeni il paketinin qiyməti 2100 manatdır.

Şahdağ Hotel & SPA (Qusar) - əvvəl açıqlanmış təklifə əsasən, 2 nəfərlik 3 gecəlik istirahət paketinin qiyməti 1550 manatdan başlayıb. Paketə səhər yeməyi, qala şam yeməyi və SPA xidmətləri daxildir. 

Qeyd edək ki, göstərilən qiymətlər 2 nəfərlik paketlərə aiddir. Otağın kateqoriyası, əlavə xidmətlər və rezervasiya şərtlərindən asılı olaraq məbləğ dəyişə bilər.

Milli.Az saytının baş redaktor müavini Fərid Zöhrabov

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.