Dünya

Rusiyadan Fransaya hədə dolu mesaj

18 Noyabr 2026 09:20
Baxış: 223
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ukraynaya yerləşdirilən istənilən xarici qoşun Rusiya hərbi qüvvələri üçün qanuni hədəf olacaq və Paris bunu başa düşməlidir.

Milli.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova RT-yə deyib.

"Bizim tərəfimizdən tədbirlərə gəldikdə isə, onlar Xarici İşlər Nazirliyi tərəfindən deyil, Müdafiə Nazirliyi və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən görüləcək. Rusiya Prezidenti Vladimir Putinin dediyi kimi, Ukraynadakı xarici qoşunlar yerləşdirilərsə, Rusiya hərbi qüvvələri üçün qanuni hədəf olacaq. Ümid edirik ki, Paris bunu başa düşür", - deyə o, Fransa qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə bağlı məlumatı şərh edərkən bildirib.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.