Dünya

ABŞ-də benzin xeyli ucuzlaşdı

18 Noyabr 2026 00:16
Baxış: 107
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ-dəki yanacaqdoldurma məntəqələrində benzinin qiyməti mart ayının ortalarından bəri ən aşağı səviyyəyə enib.

Milli.Az xəbər verir ki, bu haqda "Bloomberg" agentliyi Amerika Avtomobil Assosiasiyasınaq istinadən məlumat yayıb.

Dünya bazarında neft qiymətlərinin kəskin ucuzlaşması fonunda, adi (qurğuşunsuz) benzinin qiyməti bir qallon (3,79 litr) üçün 3,78 dollara düşüb. Bu tendensiyaya Fars körfəzindən xammal tədarükünün bərpası, eləcə də ABŞ Prezidenti Donald Trampın İrana qarşı hücumları bərpa etmək niyyətində olmadığını göstərən siqnalları səbəb olub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.