Siyasət

Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib

17 Noyabr 2026 20:31
Baxış: 23

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycan Prezidenti İlham Əliyevə Bakıda göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkür edib.

Milli.Az xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Bakıda göstərdiyiniz səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm. Azərbaycan Avropa İttifaqı və Almaniya üçün etibarlı tərəfdaşdır. Strateji Gündəliyimiz çərçivəsində münasibətlərimizi birlikdə daha da dərinləşdiririk. Almaniya Azərbaycan və Ermənistan arasında sülhü və əməkdaşlığı təşviq edir. Regionda sülhün təmin olunmasına dəstək verməyə hazırıq", - deyə o, bildirib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.