Cəmiyyət

Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək

17 Noyabr 2026 16:55
Baxış: 180
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Distant, onlayn və hibrid təhsil alan şəxslərin hərbi xidmətə çağırılması ilə bağlı dəyişiklik nəzərdə tutulmur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Azər Məmmədov vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşdə deyib.

O bildirib ki, qanunvericiliyə əsasən, təhsilə görə hərbi xidmətə çağırışdan möhlət yalnız əyani təhsil alan tələbələrə verilir. Qiyabi, distant, onlayn və hibrid təhsil alanlar üçün isə belə möhlət nəzərdə tutulmur.

"Bu şəxslər hərbi xidmətə çağırış yaşına çatdıqda təhsillərini müvəqqəti donduraraq hərbi xidmətə gedib, xidməti başa vurduqdan sonra isə təhsillərini davam etdirə bilərlər", - deyə Azər Məmmədov qeyd edib.

Qeyd edək ki, mövcud qanunvericiliyə görə, təhsilə görə hərbi xidmətə çağırışdan möhlət hüququ əyani təhsil alan şəxslərə şamil olunur.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.