Hadisə

Gürcüstanda azərbaycanlı faciəvi şəkildə öldü

18 Noyabr 2026 09:24
Baxış: 177
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Gürcüstanda 31 yaşlı azərbaycanlını elektrik cərəyanı vurub.

Milli.Az Oxu.az-a istinadla xəbər verir ki, hadisə Kaxeti bölgəsinin Laqodexi bələdiyyəsi qeydə alınıb.

Hadisə zamanı 31 yaşlı Əmrah Kazımov həyatını itirib.

Faciə ötən gün Uzuntala kəndində qeydə alınıb. Usta işləyən Əmrah Kazımov talvarın üzərinə dam örtüyü vurduğu zaman ehtiyatsızlıqdan yüksək gərginlikli elektrik naqillərinə toxunub.

Nəticədə onu elektrik cərəyanı vurub və hadisə yerində vəfat edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.