Cəmiyyət

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb

18 Noyabr 2026 14:30
Baxış: 121
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Belə ki, Dövlət Komitəsi sədrinin müavinlərinin sayı üçə çatdırılıb. Bununla da sədrin birinci müavini ilə birlikdə dörd müavini olacaq.

Qeyd edək ki, "Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"yə əsasən, indiyədək komitənin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir birinci müavini və iki müavini var idi.

Komitə sədrinin müavinləri onlara sədr tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.