İdman

Azərbaycanın daha 4 boksçusu U-23 Avropa çempionatında mərhələ adlayıb - (Foto)

18 Noyabr 2026 22:37
Baxış: 88
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xorvatiyanın Poreç şəhərində keçirilən boks üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvləri uğurlu çıxışlarını davam etdirirlər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yarışın üçüncü günündə millimizin daha dörd idmançısı növbəti mərhələyə yüksəlib.

50 kq çəki dərəcəsində mübarizə aparan Bilalhəbaşi Nəzərovun rəqibi moldovalı Katalin Türk çəki normasını keçdiyi üçün döyüşə buraxılmayıb. Nəticədə boksçumuz qalib elan edilib. İkiqat Avropa çempionu 1/4 finalda çexiyalı Filip Horvatla qarşılaşacaq.

55 kq çəki dərəcəsində çıxış edən Zidan Hünbətov 1/8 finalda italiyalı Badreddin Buraouianı 5:0 hesabı ilə məğlub edib. Bütün raundlarda üstün olan idmançımız hakimlərin yekdil qərarı ilə qələbə qazanıb. O, 1/4 finalda serbiyalı Nikola Maksimoviçlə üz-üzə gələcək.

60 kq-da mübarizə aparan Məhəmmədəli Aşırəliyev də 1/8 final mərhələsini uğurla keçib. O, israilli Abdullah Rahalı 5:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Boksçumuz növbəti mərhələdə ispaniyalı Brandon Hinea Kollasosla qarşılaşacaq.

70 kq çəki dərəcəsində yarışan Nicat Alırzayev isə litvalı Edqaras Trotenskisi 3:2 hesabı ilə üstələyib. O, yarımfinala vəsiqə uğrunda monteneqrolu Miloş Roqanoviçlə mübarizə aparacaq.

Boksçularımızdan ikisinin növbəti döyüşləri noyabrın 20-də, digər ikisinin görüşləri isə noyabrın 21-də keçiriləcək.

Qeyd edək ki, 39 ölkədən 276 idmançının qatıldığı Avropa çempionatına noyabrın 24-də yekun vurulacaq. Bir gün əvvəl isə Azərbaycan millisinin daha bir üzvü 1/4 finala vəsiqə qazanıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.