Mədəniyyət

Oqtay Rəcəbovun 85 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib - (Foto)

18 Noyabr 2026 18:50
Baxış: 108
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkar, Əməkdar incəsənət xadimi Oqtay Rəcəbovun 85 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.

Konsertin açılışında bəstəkar, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu çıxış edib.

Gecədə Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti (musiqi rəhbəri Mahir Ordubadi) çıxış edib.

Konsert proqramında Nurlan Əzizbəyli, Rəvanə Qurbanova, Tural Salmanov, Almaz Orucova, Elşən Mübarizoğlu, Fikrət Məmmədov, Nurlana Abdullayeva, Xasay Şıxıyev, Leyla İdrisova-Həmzəliyeva və Rövşən Əzizin ifasında Azərbaycan bəstəkarlarının əsərləri və sevilən mahnılar səsləndirilib.

Musiqi dolu yubiley gecəsi bəstəkar Oqtay Rəcəbovun zəngin yaradıcılığına ehtiramın ifadəsi olmaqla yanaşı, Azərbaycan musiqi mədəniyyətinin və milli musiqi irsinin təbliğinə töhfə verib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.