Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan xalça sənətinin görkəmli nümayəndəsi, böyük sənətkar və alim Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir çərçivəsində sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyevanın müəllifi olduğu "Lətif Kərimov - 120" kitabının təqdimatı olub.
Tədbirdə sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Münəvvər Hacıyeva, xalçaçı-rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məmmədhüseyn Hüseynov və Xalq rəssamı Aydın Rəcəbov çıxış ediblər.
Çıxışlarda Lətif Kərimovun çoxşaxəli yaradıcılığından, Azərbaycan xalça sənətinin inkişafındakı müstəsna xidmətlərindən, milli ornament və kompozisiya ənənələrinin qorunması və inkişaf etdirilməsindəki rolundan bəhs ediblər.
Həmçinin, sənətkarın zəngin yaradıcılıq irsinin araşdırılması, öyrənilməsi və gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti vurğulanıb.
Kitabın təqdimatı zamanı müəllif Kübra Əliyeva kitabın ərsəyə gəlmə prosesi, nəşrin məzmunu və hazırlanması zamanı aparılan araşdırmalar barədə məlumat verib.
Daha sonra tədbir iştirakçıları Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında qorunan Lətif Kərimovun müəllifi olduğu xalça nümunələri, kompozisiya və naxış eskizləri, eləcə də onun eskizləri əsasında hazırlanmış zərgərlik məmulatları ilə tanış olublar.
Görüş Lətif Kərimovun sənət irsinin müxtəlif aspektlərinin müzakirəsi, onun Azərbaycan mədəniyyətindəki mövqeyinin bir daha vurğulanması baxımından əhəmiyyət daşıyıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Ramil Qasımov və Emil Əfrasiyab birgə konsert verəcəklər- (Video)
-
Oqtay Şıxəliyevin həyat və yaradıcılığından bəhs edən “Şəhərdə izi olan rəssam” adlı sənədli film nümayiş olunub - (Foto)
-
Gələcəyə Qayıdış - Tofiq Cabbarov Azərbaycan cazının ulduzlarını eyni səhnədə bir araya gətirəcək
-
Filarmoniyada “Səsimiz Səsindir, Humay!” adlı xeyriyyə axşamı keçirilib - (Foto)
-
Gəncə və Bakı teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb -
XƏBƏR LENTİ
-
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə təyin edilmiş imtahan ləğv edildi
-
Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə
-
Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Güclü külək əsəcək - Xəbərdarlıq
-
Rusiyadan Antalyaya uçan sərnişin təyyarəsində bomba həyəcanı
-
Yeni saziş Azərbaycanı Avropanın mühüm yaşıl enerji təchizatçısına çevirə bilər - Kamal Hacıyev
-
Aytən Mərəhhərmovanın ifasına tamaşaçı da ağladı, özü də... - (Video)
-
Çində Putinlə Tramp arasında qısa söhbət - (Video)
-
Ramil Qasımov və Emil Əfrasiyab birgə konsert verəcəklər- (Video)
-
Bu institutda direktor 6 min, müavinləri 5 min manat alacaq
-
Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub
-
Azərbaycan güləşçiləri Ermənistana gedəcək
-
"Yalı çapkını"nın Fəridinin kameralar qarşısında ürək bulandıran hərəkəti - (Video)
-
Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - RƏSMİ AÇIQLAMA
-
Prezident təqaüdü alanların sayı açıqlandı
-
Millimizin futbolçularının qaydalardan xəbəri yox imiş - Şahruddindən etiraf
-
Arda Gülərin “Real Madrid”lə müqaviləsi uzadıldı – Maaşı da artırıldı
-
Sosial şəbəkədəki şəkillərinə görə bacısını öldürübmüş... – Gülarənin qətlinin təfərrüatı - (Foto)
-
Kassano: "Ronaldinyonun bu hərəkəti biabırçılıqdır"
-
Prezident Oman Sultanını milli bayram münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Latviya Prezidentini təbrik edib
-
Tuba Ünsala sevgilisi yaxın rəfiqəsi ilə xəyanət edibmiş
-
Ermənistan ordusuna ayrılan vəsait kəskin artırılacaq
-
Mata 38 yaşında karyerasını bitirdi





