Mədəniyyət

Ramil Qasımov və Emil Əfrasiyab birgə konsert verəcəklər- (Video)

18 Noyabr 2026 16:31
Baxış: 87
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dekabrın 10-da saat 19:00-da Opera Studiyasında Əməkdar artistlər Ramil Qasımov və Emil Əfrasiyabın "Zamansız nəğmələr" adlı konserti keçiriləcək.

Sənətçilər ilk dəfə birgə konsert proqramı ilə çıxış edəcəklər. Konsertdə dünya və Azərbaycan musiqisindən seçilmiş əsərlər yeni interpretasiyada  yeni üslubda təqdim olunacaq.

Proqramda Ramil Qasımovun ifasında Tofiq Quliyev, Elza İbrahimova, Oqtay Kazımi, Cahangir Cahangirov,Ramiz Mirişlinin  və Siyavuş Kəriminin əsərləri səslənəcək.

Pianoçu Emil Əfrasiyab isə gecədə dünya və Azərbaycan caz musiqisindən nümunələr ifa edəcək.

Biletlər https://iticket.az/events/concerts/timeless-songs

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.