Cəmiyyət

Prezident təqaüdü alanların sayı açıqlandı

18 Noyabr 2026 15:51
Baxış: 277
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunan şəxslərin sayı açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, müxtəlif kateqoriyadan olan 407,6 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunub.

Qeyd edək ki, hazırda Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüdün məbləği aşağıdakı kimidir:

Fəxri adlara görə aylıq təqaüdlərin məbləği:

-  "Xalq" fəxri adı verilmiş şəxslər üçün - 300 manat;

- "Əməkdar" fəxri adı verilmiş şəxslər üçün - 200 manat.

Digər Prezident təqaüdləri:

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü - 1700 manat;

- Ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək nəticə göstərərək Prezident təqaüdünə layiq görülən tələbələr üçün aylıq təqaüd - 350 manat təşkil edir.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.