Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - RƏSMİ AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir sıra KİV-lərdə dövlət qulluğu imtahanında iki fənnin - Azərbaycan dili və informatikanın ləğv edilməsi ilə bağlı fikirlər səsləndirilib.
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə Trend-in sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan məlumatın heç bir hüquqi əsası yoxdur.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin 23.8-ci maddəsinə əsasən, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması və "Dövlət qulluğu sertifikatı"nın verilməsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.
"Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanında sözügedən qaydaların hazırlanması üçün beş ay müddət müəyyən edilib.
Xanlar Xanlarzadə qeyd edib ki, test imtahanının məzmunu ilə bağlı məsələlər müəyyən edildikdən sonra həmin qaydalarda öz əksini tapacaq.
Beləliklə, dövlət qulluğu imtahanında Azərbaycan dili və informatika fənlərinin ləğv edilməsi ilə bağlı hazırda hər hansı hüquqi qərar yoxdur. İmtahanın məzmunu və fənlərlə bağlı məsələlər müvafiq qaydalar hazırlanaraq təsdiq edildikdən sonra müəyyənləşəcək.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
XƏBƏR LENTİ
-
"Yalı çapkını"nın Fəridinin kameralar qarşısında ürək bulandıran hərəkəti - (Video)
-
Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - RƏSMİ AÇIQLAMA
-
Prezident təqaüdü alanların sayı açıqlandı
-
Millimizin futbolçularının qaydalardan xəbəri yox imiş - Şahruddindən etiraf
-
Arda Gülərin “Real Madrid”lə müqaviləsi uzadıldı – Maaşı da artırıldı
-
Sosial şəbəkədəki şəkillərinə görə bacısını öldürübmüş... – Gülarənin qətlinin təfərrüatı - (Foto)
-
Kassano: "Ronaldinyonun bu hərəkəti biabırçılıqdır"
-
Prezident Oman Sultanını milli bayram münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Latviya Prezidentini təbrik edib
-
Tuba Ünsala sevgilisi yaxın rəfiqəsi ilə xəyanət edibmiş
-
Ermənistan ordusuna ayrılan vəsait kəskin artırılacaq
-
Mata 38 yaşında karyerasını bitirdi
-
2026-cı ilin sözü bəlli oldu
-
Qızı Aslan Fətullayevin məzarından paylaşım etdi: "Məni yanına apar" FOTO
-
Yanacaq doldurdu, amma şlanqı ayırmağı unutdu - Magistral yolda təhlükəli anlar - (Video)
-
Zaur Baxşəliyev illər sonra həmin o evə döndü (Video)
-
Məktəblər qışa hazırdırmı? - Agentlikdən açıqlama
-
Tramp Çinə getdi - (Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb
-
Azərbaycan FIFA reytinqində üç pillə irəlilədi
-
Qəbələdə həmkəndlisinin qulağını dişləyib qopardı
-
Həkim 2 il xərçəngi aşkarlaya bilmədi: Ailəsinə 7,8 milyon dollar ödəniləcək
-
Sumqayıtda 20 yaşlı gənc dənizdə batdı (Video)
-
28 yaşlı aktyor 82 yaşlı rəssam sevgilisi ilə





